Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8497
az

Zakir Həsənovdan sensasion müsahibə:Naxçıvan əməliyyatının detallarını açıqlaya bilmərəm

10:3603 Yanvar, 2019
773
HƏRBİ
  • A
“Ötən il Naxçıvanda keçirilən hərbi əməliyyatlara Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev yüksək səviyyədə qiymət verib. Bir çox hallarda məxfiliyi qorumağa çalışırıq. Ona görə də Naxçıvan əməliyyatının detallarının hamısını danışmaq olmur”.

Femida.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Real tv”yə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, həmin əməliyyatlarda Əlahiddə Ümumqoşun Ordusu əsgərindən tutmuş komandanına kimi yüksək peşəkarlıq nümayiş etdirib: “Onlar əməliyyatı elə peşəkarlıqla həyata keçirdilər ki, qarşı tərəf dərk etmirdi ki, nə baş verir? Bəlkə də axıra qədər dərk edə bilməyiblər. İndi də öz uğursuzluqlarını, məğlubiyyətlərini ört-basdır etməyə çalışırlar. Bu isə onların problemidir. Ümumiyyətlə, hərbiçilər arasında söz davası aparmağın tərəfdarı deyiləm. Dəfələrlə demişəm, hərbçilər döyüş meydanında sözünü deyir. Bəzilərinin hərbi biliyi, bacarığı yoxdur və deyirlər ki, orada top atılmadı, döyüş aparılmadı... Əksinə, yüksək peşəkarlıqlı komandirlər bəzi əməliyyatları elə həyata keçirirlər ki, böyük atışmaya ehtiyac olmur”.

Z.Həsənov Azərbaycan Ordusunun uğurla yeni tarix yazdığını vurğulayıb: “Dünyada gedən döyüşləri izləyirik, müsbət və ya mənfi tərəflərini təhlil edirik. Müsbət tərəflərini ordumuzda tətbiq edirik. 2016-cı ildə də hər şeyi xırdalığına qədər təhlil etdik, hansı təhdidlərlə üzləşdik, hansı çətinliklər qarşımıza çıxdı və sair. Problemlərin aradan qaldırılması üçün planlar cızdıq, Prezident İlham Əliyevə məruzə etdik. Bu məsələlərin içində yeni avadanlıq, silah alınması məsələsi də vardı. Prezident İlham Əliyev bu məsələyə diqqətlə yanaşdı, problemlərin əksəriyyəti həll edildi”.

Qeyd edək ki, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi ötən ilin iyul ayında Azərbaycan Ordusunun nəzarəti altına keçib. Kənd 26 ildən sonra işğaldan azad olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan bu postları düşməndən aldı
Zakir Həsənov: “Ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazırdır
Dünyanı lərzəyə salan Bordo Bereleilerin sirri yayıldı: Qolu bağlı suya salınan əsgər necə sağ çıxır?

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA