Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81687
az

Almaniya və Hollandiya silahlı qüvvələrin birləşməsini apreldə başa çatdıra bilər

19:2302 Fevral, 2023
281
HƏRBİ
  • A

Hollandiya və Almaniyanın silahlı qüvvələri birləşmə prosesini apreldə başa çatdırmağı planlaşdırır.

Oxu24.com xəbər  verir  ki, bu barədə fevralın 2-də Bloomberg məlumat yayıb.


“Hollandiya Quru Qoşunlarının üç döyüş briqadası var və onlardan ikisi artıq Almaniya silahlı qüvvələrinə inteqrasiya olunub. 3000 əsgərdən ibarət son qalan briqadanın birləşməsi aprelin əvvəlində baş verə bilər, lakin Hollandiya hökuməti hələ yekun qərar verməyib ",- deyə agentlik Niderland Kral ordusunun nümayəndəsi, mayor Mark van de Beekin sözlərinə istinad  məlumat yayıb.

Hazırda ölkələr Hollandiyanın 13-cü yüngül briqadasının Almaniya ordusunun 10-cu tank diviziyasına inteqrasiyası üzərində işləyir.

Qeyd olunur ki, Hollandiyanın kral ordusu Bundesverə inteqrasiya edildikdən sonra birləşmiş ordunun qoşunlarının ümumi sayı 50 min nəfər olacaq. Mövcud məlumata görə, inteqrasiya Hollandiyanın xüsusi təyinatlı Korps Commandotroepen bölməsinə təsir etməyəcək.

İki ölkənin silahlı qüvvələrinin inteqrasiyası Soyuq Müharibə bitdikdən sonra, dövlətlər müdafiə xərclərini azaltmağa başlayanda başlayıb. İlk Alman-Hollandiya Korpusu 1993-cü ildə Bundesverin 1-ci Korpusunun bazasında yaradılmışdır. Korpusun qərargahı Almaniyanın Münster şəhərində yerləşir. 2015-ci ilin sentyabrında iki ölkənin müdafiə nazirləri Hollandiyanın 43-cü mexanikləşdirilmiş briqadasının Almaniyanın 1-ci zirehli diviziyasına inteqrasiyası barədə razılığa gəliblər.

Bundan əvvəl, fevralın 1-də Almaniyanın raketdən müdafiə sistemini gücləndirmək üçün təxminən 17 milyard avro xərcləməyi planlaşdırdığı barədə məlumatlar ortaya çıxdı. Qeyd olunur ki, Berlin çoxqatlı raket əleyhinə qalxan yaratmaq niyyətindədir və artıq silah şirkətləri ilə danışıqlar aparır.

Bundan əvvəl, yanvarın 21-də Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyada Avropa İttifaqının ən güclü və ən yaxşı təchiz edilmiş ordusunu yaratmaq planlarını açıqlamışdı. Şöbə müdiri bu işin çətin olduğunu, ona görə də onun yerinə yetirilməsinin illər lazım olduğunu vurğulayıb.

 

Tərcümə: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İspaniya əlavə Patriot raketlərinin Kiyevə ötürüldüyü barədə məlumat verib
Hərbi vəzifəlilərin təlim toplanışından VİDEO
“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verildi - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO