Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
81172
az

TƏCİLİ! NATO Rusiyaya qarşı \"Patriot\"ları yığdı - Qərar verildi

21:4423 Yanvar, 2023
434
  • A

Bu gün, yanvarın 23-də Almaniya “Patriot” hava hücumundan müdafiə sistemlərinin üç eskadrilyasından ilk ikisini Polşaya köçürməyə başlayıb.

Oxu24.com xarici mediaya istinadən xəbər verir  ki, hava hücumundan müdafiə qüvvələri Polşanın cənub-şərqində, Ukrayna ilə sərhəddən təxminən 60 km və Lvova 110 km məsafədə yerləşən Zamoş şəhəri yaxınlığında əməliyyat mövqelərinə keçməlidir.

Nəqliyyat vasitələrinin sütunu hələ də 1100 km qət etməlidir.

Hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi yerin yaxınlığında Ukraynaya təyinatlı mülki və hərbi yüklərin daşınması üçün mühüm dəmir yolu stansiyası yerləşir.

Bundesver qeyd edib ki, hava hücumundan müdafiə sistemlərinin hərəkətə gətirilməsinin məqsədi Polşanın hava məkanını qorumaq və NATO-nun şərq cinahını gücləndirməkdir.

Eyni zamanda, Almaniya hərbçiləri Polşa NATO tərəfdaşları ilə birlikdə silah sisteminin komponentlərinin quraşdırılmasını təmin etmək üçün yanvarın 16-dan Polşadadır.

Bölmələr Alyansın şərq cinahında hava məkanından müdafiə sisteminə inteqrasiya olunub.

 

Tərcümə: Miri Məcidli

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İspaniya əlavə Patriot raketlərinin Kiyevə ötürüldüyü barədə məlumat verib
Hərbi vəzifəlilərin təlim toplanışından VİDEO
“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verildi - VİDEO

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO