Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
78512
az

Şəhid Cavid Adıgözəlovun doğum günüdür

12:2911 Dekabr, 2022
304
HƏRBİ
  • A

Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi və 30 illik nifrət, qisas əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi.

Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu qarşısında baş əydiyimiz oğullardan biri də Cavid Adıgözəlovdur. Cavid Gülhəsən oğlu Adıgözəlov 1995-ci il dekabrın 11-də Şamaxı şəhərində anadan olub. 2002-2013-cü illərdə 3 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi orduda xidmətini davam etdirib. Cavid Vətən müharibəsi dövründə Ağdam, Cəbrayıl, Zəngilan və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Adıgözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə də təltif edilib.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İspaniya əlavə Patriot raketlərinin Kiyevə ötürüldüyü barədə məlumat verib
Hərbi vəzifəlilərin təlim toplanışından VİDEO
“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verildi - VİDEO

ATV kanalı yutubda 1 milyondan çox abunəçi yığdı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı