Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75127
az

Ordumuz Xudafərinə necə sızıbmış? -Əməliyyatın şok detalı

13:3218 Oktyabr, 2022
245
HƏRBİ
  • A

Azərbaycan tarixinin səhifələrində 18 oktyabrın bir neçə əlamətdar hadisə ilə yadda qalıb. Xalqımız 1991-ci il oktyabrın 18-də 70 ildən sonra əsarət zəncirlərindən xilas olaraq müstəqilliyini bərpa edib. 2020-ci il 18 oktyabr tarixində isə tarixi Xudafərin körpüsü düşmən işğalından azad edilib. 

Bu tarixi qələbəyə imza atan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları idi.  Qəhrəman zabitləri Xudafərinə getmək üçün ilk olaraq Əmirvarlı kəndindəki yüksəkliyi əldə etməli və yolları nəzarətə götürməli idi. 

Hücum əmri uğurla həyata keçirilmişdi. Erməninin yüksəklikdə yerləşən 3 – cü səddi artıq məhv edilmişdi. Eyni zamanda Ermənistan-Qubadlı və Cəbrayıla gedən yol Dövlət Sərhəd Xidmətinin nəzarətinə keçmişdi.

Bu uğurlu əməliyyatdan sonra növbəti hücum əməliyyatı hazırlandı. Xudafərin qısa müddətdə azad olmalı idi. Gecəyarısı Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı qrupu erməni xüsusi təyinatlılarının içinə sızmağı bacardı. İtki verən erməni hərbçilər çaş-baş qalmışdı.

Ciddi qarşıdurma baş versə də ordumuz itki vermədən tarixi Xudafərin kəndini və Xudafərin körpüsünü tamamilə azad etmişdi.  
  
Bəli, Xudafərin yenidən Azərbaycan ordusunun nəzarətinə keçdi. Bu xəbər Bütöv Azərbaycanda qürurla yayıldı, sevinclə qarşılandı. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasına əlavə edildi
Xüsusi təyinatlılar təlimdə tapşırıqları icra ediblər - VİDEO

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıb