Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67871
az

Azərbaycanlı leytenant Ukraynada həlak oldu - VİDEO - FOTO

20:3006 Aprel, 2022
220
HƏRBİ
  • A

Ukraynadakı müharibədə Rusiya Silahlı Qüvvələrinin heyətində vuruşaraq həlak olmuş Elvin Sahib oğlu Məmmədov dəfn olunub.

OXU24.COM bildirir ki, Rusiyanın Ryazan şəhərindəki Hava-Desant Qoşunları Məktəbini bitirəndən sonra leytenant Elvin Məmmədov 217-ci qvardiya paraşüt-desant alayının kəşfiyyat rotasının kəşfiyyat vzvodunun komandiri idi.

O, Ukraynanın Donetsk vilayətindəki döyüşlərdən birində həlak olub.

E.Məmmədov Ryazan şəhərindəki Boqorodskoe qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimi bütün hərbi ehtiram ayinlərinə riayət olunaraq keçirilib. Elvinlə vidalaşmağa onun ailə üzvləri və qohumları ilə yanaşı, Ryazan vilayətinin rəhbərliyi, vilayət administrasiyasının, Ryazan Hərbi Qarnizonunun, vilayətdəki ictimai təşkilatların, azərbaycanlıların yerli icmasının nümayəndələri, veteranlar da gəlmişdilər.

Ryazan vilayət Müsəlmanlarının Dini İdrəsinin sədri, baş imam-mühtəsib Rəşid həzrət Bultaçeyev və vilayət Üləmalar Şurasının sədri Hacı Sunyatullo Şərifov cənazə namazı qılıb, müqəddəs Qurani-Kərimdən ayələr oxuyublar.

Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimov həlak olmuş E.Məmmədovun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Allah rəhmət eləsin!

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ötən gün ölkədə 82 kiloqram narkotik aşkarlandı