Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67587
az

Nazirlikdən küçədə gecələyən Vətən müharibəsi qazisi ilə bağlı AÇIQLAMA

20:4530 Mart, 2022
249
HƏRBİ
  • A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsi qazisinin küçədə gecələməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

 

OXU24.COM oxu.az-a istinadən xəbər verir ki, Vətən müharibəsinin iştirakçısı Cəfərov Sədi Sahib oğlunun videomüraciətilə bağlı onunla telefon əlaqəsi yaradılıb və müraciəti araşdırılıb:

“Vətəndaş bildirib ki, ailə 12 nəfərdən (atası, anası, qardaşı və onun ailəsi, özü, həyat yoldaşı və bir azyaşlı övladı) ibarətdir, Ağcabədi rayonu, Təzəkənd kəndində yaşayır. Ailənin əməkqabiliyyətli üzvləri işsizdirlər. Lakin mülkiyyətlərində pay torpağı var.

Sədinin həyat yoldaşı Cəfərova Elnarə Vaqif qızı ünvanlı sosial yardımla bağlı 21.01.2021-ci il tarixdə müraciət edib. Lakin onun bu müraciətinə elektron sistem tərəfindən imtina verilib. Səbəb isə elektron ərizədə məşğulluq və digər məlumatları düzgün qeyd etməməsi olub. 

Vətəndaşa sosial yardımla bağlı elektron qaydada müraciət edərkən ərizədə bu məlumatların, o cümlədən ailənin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpağa aid məlumatların düzgün qeyd edilməsinin vacib olduğu deyilib. Yeni müraciətdə məlumatların doğru olması ailənin sosial yardımla təmin edilməsi üçün əsas ola bilər”.

S.Cəfərov həmçinin 29.06.2021-ci il tarixdə iribuynuzlu heyvandarlıq zərfi üzrə özünüməşğulluq proqramına cəlb olunub:

“Yaxın müddətdə ona kiçik təsərrüfat yaradılacaq. Sədinin əlilliyinin qiymətləndirilməsinə gəldikdə, 06.08.2021-ci il tarixində o, əyani müayinə edilib, hazırkı vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Əlavə olaraq, Sədinin ailəsinə sığorta ödənişi (550 manat) və “YAŞAT” Fondu tərəfindən maddi-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək olaraq maddi yardım (2500 manat) edilib”.

Qeyd edək ki, ötən gün qazi S.Cəfərovun kirayə haqqını ödəyə bilməməsi səbəbindən küçədə gecələməsi barədə görüntülər yayılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO