Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6350
az

Azərbaycan snayperləri MDB-nin ən yaxşı snayperləri arasında ilk beşlikdə,Ermənistan isə...

09:4623 Oktyabr, 2018
1386
HƏRBİ
  • A
Snayper atışları – hərbi hazırlığın döyüşçülərin bacarıqlarını yoxlamağa yönəlmiş elementlərindən biridir. Ermənistanın dəqiq atəş ustaları arasında açıq müsabiqə aparmaq üçün snayperlərin toplanmasını elan etməsi onların dərhal yüksək səviyyəli peşəkarlara çevriləcəyi anlamına gəlmir.

Bu barədə Axar.az-a eksklüziv müsahibəsində hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov danışıb.

“Keçən il MDB ölkələri arasında snayper atışları sahəsində müsabiqə keçirildi. O zaman erməni snayperləri heç ilkin mərhələdən də keçə bilmədilər və müsabiqəni tərk etməyə məcbur oldular. Azərbaycan snayperləri isə MDB-nin ən yaxşı snayperləri arasında ilk beşliyə daxil oldular”, - Ramaldanov bildirib.

Ekspertin fikrincə, azərbaycanlı snayperlərin erməniləri üstələməsinin əsas səbəbi onların daha yüksək hazırlığa, avadanlıq və mütəmadi olaraq digər ölkələrdə keçirilən müsabiqə və təcrübə mübadiləsi ilə artan ixtisas vərdişlərinə sahib olmalarıdır. Burada həmçinin güclü hərbi sənaye kompleksi də rol oynayır.

“Azərbaycanın hərbi sənaye kompleksi “İstiqlal” və “Mübariz” kimi yerli snayperlər istehsal edir. Silahlanma baxımından Azərbaycan snayperlərinin geniş seçim imkanları var. İstehsal olunan snayper silahları qarşıya qoyulan tapşırıqdan asılı olaraq müxtəlif şəraitlərdə hədəflərin məhv edilməsi üçün istifadə olunur”, - polkovnik qeyd edib.

“Azərbaycan snayperlərinin peşəkarlığına şübhə yoxdur. Biz onların işini zaman-zaman atəşkəs rejimini pozan erməni tərəfinin aktiv atəş nöqtələrinin boğulması zamanı görürük. Onlar çox həssaslıqla bu nöqtələri dəqiq atəşlə susdururlar. Azərbaycan Silahlı Qüvvələrinin döyüş tədrisi və hazırlığı həmişə ermənilərinkindən üstün olub. Ən azı buna görə ki, atışlar, silahdan istifadə - bütün bunlar xərc tələb edir və Azərbaycan bu baxımdan çox öndədir. Ermənistan silahlı qüvvələri kreditlə silahlanırlar və daim maddi xarakterli çətinliklərlə üzləşirlər”, - polkovnik fikrini tamamlayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR