Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5340
az

Müdafiə naziri yüksək dağlara qalxdı - Döyüş hazırlığını yoxladı (FOTOLAR)

20:2018 Sentyabr, 2018
2338
HƏRBİ
  • A
 
Müdafiə naziri, general -polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti qoşunların təmas xəttində yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, cəbhənin bu istiqamətindəki əməliyyat şəraiti barədə ətraflı məruzələri dinləyən Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttində yerləşən bölmələrdə hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan Müdafiə naziri qış mövsümünə zəruri hazırlıq işlərinin vaxtında və keyfiyyətlə icra edilməsi barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Hərbi xidmətin və döyüş növbətçiliyinin təşkilini yoxlayan general-polkovnik Z. Həsənov xidmətdə fərqlənən bir qrup hərbçiyə Ali Baş Komandan adından qiymətli hədiyyələr təqdim edib.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı