Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51841
az

“1 saatın sonunda həmin təpədə bayrağımız dalğalanırdı” - VİDEO

18:3801 Aprel, 2021
1946
HƏRBİ
  • A

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun doğum günüdür. O, 1975-ci ilin bu günü Qubadlı rayonunun Armudlu kəndində dünyaya göz açıb.

Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, Şükür Həmidov 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Göstərdiyi şücaətə görə ona müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. Şəxsi igidliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qəhrəman hərbçimiz 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə mərdliklə vuruşub, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə şəhid olub.

Hərbçimizin qəhrəmanlıq göstərdiyi Aprel döyüşləri ilə bağlı üç il əvvəl "Aprel yüksəkliyi" sənədli filmi çəkilib. Filmdə qəhrəmanımızın döyüş yolu öz dilindən nəql olunur:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu