Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48491
az

Xudayar Yusifzadənin hərbi geyimi Vətən müharibəsi fondunda qorunacaq - FOTO

19:5510 Fevral, 2021
2115
HƏRBİ
  • A

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin hərbi geyimləri Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub.

Oxu24.com xəbər verir ki, şəhidin Dövlət Sərhəd Xidmətinə aid olan hərbi mərasim geyimi muzeydə yeni yaradılan Vətən müharibəsi fondunda saxlanılacaq.

Hərbi geyimin çiyinlərində gizir poqonları, sol qolunda Dövlət Sərhəd Xidmətinin şevronu əks olunub.

Qeyd edək ki, şəhid gizir Yusifzadə Xudayar Müslüm oğlu 1998-ci ilin iyunun 15-də Bərdə rayonunda anadan olub. Hərbi xidmətdən sonra Dövlət Sərhəd Xidmətində işə başlayıb.2020-ci ilin oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Azərbaycan bayrağı", "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır. .." təsnifi hazırda Azərbaycanda dillər əzbəridir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb