Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46034
az

Təxribat! Azərbaycan hərbçilərinə qarşı cinayət işi AÇILDI - AÇIQLAMA

19:1807 Yanvar, 2021
6192
HƏRBİ
  • A

''Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki bir sıra fikirlərindən anlamaq olar ki, dövlət başçısı da Dağlıq Qarabağdakı rusiyalı hərbçilərin fəaliyyətindən narazıdır''.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Elxan Şahinoğlu bildirib.

“Fransadan bir parlament heyəti Dağlıq Qarabağa getdi. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni verdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz” – deyən prezidentin bu cümləsindən anlaşılır ki, Rusiya tərəfi Bakı ilə şifahi razılaşmanı yerinə yetirmir və Laçın dəhlizini Ermənistanla erməni separatçıların ixtiyarına verib''.

Siyasi şərhçi deyir ki, prezidentin sonrakı cümləsi də maraqlıdır:

“Mən bir daha demək istəyirəm ki, biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir. Bunun müqabilində Ermənistan xarici işlər nazirinin bizim torpağımıza gəlməsi qəbuledilməzdir. Artıq mən demişəm, ümid edirəm ki, onlar düzgün nəticə çıxaracaqlar. Çıxarmasalar, onların böyük problemləri olacaq və yenə də peşman olacaqlar”.

Bu cümlə də erməni təxribatına göz yuman və belə təxribatlara şərait yaradan Rusiya hərbçilərinin fəaliyyətindən narazılığa işarədir.

Elxan Şahinoğlu bildirdi ki, Türkiyənin hərbi yükləri Azərbaycana istiqamətlənib. Ağdamda bugünlərdə monitorinq mərkəzi fəaliyyətə başlayacaq.

''Müharibə günlərində olduğu kimi Rusiyanın siyasi gedişləriylə uzlaşan təxribatların qarşısında Türkiyənin dəstəyinə ehtiyacımız var.

Təxribatlardan biri də budur ki, rəsmi Bakı noyabrın 9-da gecə saatlarında sərhəddə yaxın ərazidə müəammalı uçuş həyata keçirən Rusiya helikopterinin vurulmasına görə Kremldən üzr istəsə də, hadisənin üstündən aylar keçdikdən sonra Moskva həmin hadisəni qəsdən adam öldürmə kimi qiymətləndirərək Azərbaycan hərbçilərinə qarşı cinayət işi açmağa qərar verib''.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ