Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45042
az

“Allahın Aslanı” ləqəbli kəşfiyyatçı şəhidimiz

19:2024 Dekabr, 2020
1198
  • A

Şəhid kəşfiyyatçı Abdullazadə İmaməddin Əsgər oğlu 04.08.1996-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açıb. İmaməddin öz səs yazısında da bildirdiyi kimi, Əhli-Beyt aşiqi və Şəhidlər ağası İmam Hüseyn əleyhissəlama qovuşmağı arzulayan qəhrəmanlarımızdan olub.

Publika.az xəbər verir ki, Vətən müharibəsində 39 gün qəhrəmancasına döyüşən İmaməddin bu müddət ərzində rəbbinə olan ibadətini davamlı yerinə yetirib, bir neçə dəfə yaralanmağına baxmayaraq döyüşü davam etdirib. Onlarla erməni əsgərini məhv edib, habelə çox sayda şəhid və yaralı hərbçimizin neytral ərazidən çıxarılmasına nail olub.

O, noyabr ayının 5-i sübh vaxtı Daşaltı-Şuşa istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. Şəhidin silahdaşları bildirib ki, imanlı əsgər olduğu üçün komandirləri və yoldaşları ona “Allahın Aslanı” ləqəbini verib.

 

Şəhid bütün döyüşlərdə başında “Əssəlamu Ələykə Ya Əba Əbdillah Hüseyn” sözləri yazılan çalmada olub. İmaməddin Abdullazadənin əmisioğluna son vəsiyyəti isə o olub ki, əgər şəhid olarsa, məzarına sinə daşı düzəltdirməsinlər.

 

“Başqalarına bu barədə deyəndə pis oluram və kövrəlirəm, vəsiyyətimi açıq şəkildə ancaq sənlə bölüşə bilirəm. Nə olsa da möhkəm olun, bəlkə xeyirlisi budur, bəlkə o uca zirvəni Allah mənə də nəsib edər... Hər şey ola bilər, barışmaq lazımdır. Allahın bəxş etdiyi rəhmət yaxşıdır. Baş daşımı qoyarsınız, sinə daşı qoymarsınız inşallah. Qoy Allahın bəxş etdiyi rəhmət yağışı axirətə qədər üstümə yağsın”, - “Allahın Aslanı” ləqəbli şəhid vəsiyyətində deyib.

 

Qeyd edək ki, bu fotodakı Qarabağ döyüşçülərinin 3-ü şəhidlik zirvəsinə ucalıb. Yalnız əlində bıçaq olmayan əsgərimiz sağdır. Soldakı şəhid İmaməddindir, sağdakı İmişli rayonundan olan şəhid Abbasov Asim, onun yanındakı - sağdan ikinci isə Tovuz rayonu Alakol kəndindən olan şəhid Ələsgərov Sənandır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasına əlavə edildi
Xüsusi təyinatlılar təlimdə tapşırıqları icra ediblər - VİDEO
ABŞ Ukraynaya əlavə HIMARS sistemləri və Patriot raketləri tədarük edəcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
“Azəriqaz”ın direktor müavininin bacanağı hakim qarşısına çıxarıldı