Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44907
az

Azərbaycan Rusiyadan S-400 alır? - HƏRBİ EKSPERT

12:2023 Dekabr, 2020
1505
HƏRBİ
  • A

Vətən müharibəsi döründə terrorçu Ermənistan Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən ərazilərinə, xüsusilə Gəncə, Bərdə şəhərlərinə raket hücumları həyata keçirdi. Bu hücumlar nəticəsində 10-larla dinc sakin həyatını itirdi, 100-lərlə şəxs müxtəlif dərəcəli xəsarətlər aldı.

Bəs, Azərbaycanın hava hücumundan müdafiə sistemləri niyə düşmənin hücumunun qarşısını ala bilmədi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, Azərbaycanın hava hücumundan müdafiə sistemini təhlil edərkən, ölkəmizin ərazisinin miqyasını və mövcud vəziyyəti nəzərə almaq lazımdır:

“Azərbaycan ərazisi miqyasına görə o qədər də böyük deyil. Amma buna baxmayaraq, hava hücumundan müdafiə sisteminin güclənməsinə ehtiyac var. Vətən müharibəsi dövründə buna şahidi olduq. Lakin bu, Azərbaycanın hava hücumundan müdafiə sistemin o qədər də zəif olması demək deyil. Gəncəyə edilən hücuma baxsaq görərik ki, düşmənin dəfələrlə hücumlarının qarşısı alınıb. Amma Ermənistanın eyni anda 5 raket zərbəsi endirməsi, özü də yaxın məsafədən, əlbəttə ki, bunun hamısının qarşısını almaq asan məsələ deyil”.

Ekspert Azərbaycnın S-400 zenit-raket kompleksi almasına da münasibət bildirib:

“Düşünürəm ki, hazırda S-400 sistemlərinin alınmasına ehiyac yoxdur. Çünki S-400-ün öyrənilməsi, prosesin başılanılması, icrası həddindən artıq uzun çəkən bir işdir. İndiki məqamda bu, bizə o qədər də lazım deyil. Amma əlbəttə ki, gələcəkdə o nəsildən olan sistemlərin alınmasına şahid ola bilərik”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatdı - VİDEO
Ordumuzun hərbi geyim formalarında yenilik
Azərbaycan Ordusunun hərbçisi vəfat edib