Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44770
az

70 gündür komada olan  zabit hansı qəhrəmanlıqlar göstərib?  -  DETALLAR

19:4521 Dekabr, 2020
1555
HƏRBİ
  • A

Vətən müharibəsinə qədər onu İnstaqram hesabından 687 nəfər izləyirdi. Vətəni, ailəsi, övladları ilə bağlı maraqlı paylaşımları ilə diqqət çəkirdi…

İndi isə minlərlə insan onun üçün dualar edir, tezliklə əvvəlki normal həyatına dönməsini arzulayır. Nurlan Fərrux oğlu Əbilov adlı qazimizdir haqqında bəhs etdiyimiz insan… Şən, gülərüz, mehriban, qayğıkeş, həm də olduqca vətənpərvər və qəhrəman Nurlan…

O, 1994-cü ildə Masallı rayonunun Ağakişibəyli kəndində anadan olub. 2017-ci ilin aprel ayından 2018-ci ilin oktyabr ayına qədər Şəmkirdəki N saylı hərbi hissədə Sərhəd Qoşunlarının tərkibində xidmət edib. Hərbi xidməti dövründə fəxri fərman və diplomlarla təltif edilən Nurlan sentyabrın 21-də II Qarabağ müharibəsi başlamazdan əvvəl ordu sıralarına cəlb edilib. Oktyabrın 8-də Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda gedən şiddətli döyüşlər zamanı baş nahiyəsindən yaralanıb.

Həmin vaxtdan etibarən 4 xəstəxanada müalicə alan qazimiz hazırda Mərkəzi Hərbi Klinik Hospitalda (Papanin) yerləşdirilib. 70 gündən çoxdur koma vəziyyətində olan Nurlanın səhhətində hələ də ciddi irəliləyiş yoxdur.

 

 

Sözsüz ki, bu gün hər kəs – onu müalicə edən həkimlərdən tutmuş, əzizlərinə qədər, həmçinin, şəxsən tanıyıb-tanımayan hər bir azərbaycanlı bu Vətən oğlunun durumundan çox narahatdır. Ata-anasını erkən itirən, bacı-qardaşı olmayan Nurlana ən çox duaçı olan isə həyat yoldaşı Aydan Əbilova və onun yaxınlarıdır.

Qayınanası Rəsmiyyə xanım deyir ki, Nurlan ona öz balası qədər əziz bir insandır:

“Çünki o, çox qanacaqlı, insansevər, mərd, vətənpərvər bir oğuldur. Müsbət keyfiyyətlərini saymaqla bitməz. Görün necə bir ürək sahibidir ki, ata-anası, bacı-qardaşı olmaya-olmaya iki körpəsini qoyub, Vətənin müdafiəsinə getdi. Vallah, onun insanlığından danışanda da adam günlərlə özünə gələ bilmir. Müharibədən öncə xəstə anasına görə təhsilini də dondurmuşdu. BDU-nun coğrafiya fakültəsinin son kursunda anasına görə təhsilini yarımçıq qoydu ki, işləyib onu müalicə etdirsin. Və düşünürdü ki, müharibədən sonra universiteti bitirib diplomunu alacaq. Amma indi belə vəziyyətdədir. 70 gündən çoxdur səhhətində heç bir irəliləyiş yoxdur. Evdə də iki azyaşlı oğlu var – Aminlə Fərrux. Hər gün atalarının yolunu gözləyirlər. Harada çoxlu əsgər görürlər, atalarını onların arasında axtarırlar. Elə Zəfər paradında da gözlərini ekrana dirəmişdilər ki, atalarını orada görsünlər (kövrəlir)”.

 

Rəsmiyyə xanımın dediyinə görə, Nurlan döyüş zamanı evlə əlaqə saxlayanda cəbhə ilə bağlı heç bir informasiya vermirmiş. Yalnız oktyabrın 7-də qaynına zəng edərək övladlarını ona əmanət etdiyini bildirib. Görünən odur ki, qazimiz ən qızğın döyüşlərin iştirakçısı olub, Vətən uğrunda gözünü qırpmadan vuruşub…

Əziz Nurlan, qəhrəman qazimiz! Sənin və sənin kimi minlərlə mərd oğlumuzun şücaəti bizi böyük zəfərə qovuşdurdu. 44 günlük savaşın hər bir iştirakçısı cəsarəti, şücaəti, yenilməzliyi ilə tarix yazdı. Sən də bu tarixin bir parçasısan, igid əsgər! O qədər mübarizsən ki, tezliklə sağalıb ayağa duracağına da şübhə etmirik. Sidq ürəklə inanırıq ki, ordumuzla birgə əldə etdiyin zəfərin xoş ab-havasını yaşamaq üçün tezliklə ailənə, övladlarına, yaxınlarına, bizə dönəcəksən. Tanrı köməyin olsun!

Sevinc Paşayeva,

KONKRET.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasına əlavə edildi
Xüsusi təyinatlılar təlimdə tapşırıqları icra ediblər - VİDEO
ABŞ Ukraynaya əlavə HIMARS sistemləri və Patriot raketləri tədarük edəcək

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlandı