Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44594
az

Bacısının yuxusuna girən Şəhid görün nə istədi  -  VİDEO

11:3919 Dekabr, 2020
612
HƏRBİ
  • A

Şuşanın azad olması uğrunda gedən döyüşlərdə şəhid olan Orxan Vaqif oğlu Dadaşov 1996-cı ildə Ağdamın cəbhə xəttinə yaxın yaşayış məntəqələrindən olan Mirəşelli kəndində doğulub.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, cəbhə kəndində böyüyən şəhidimiz uzun illər atasına məxsus təsərrüfatda çalışıb.

Vətən Müharibəsi başlayan kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ilk müraciət edənlərdən biri olub. Döyüş yolu Cəbrayıl-Füzuli istiqamətindən başlayıb və döyüşə-döyüşə Şuşaya qədər gedib çıxıb. Son döyüşü də elə Şuşa şəhərində olub. 

Atası Vaqif Dadaşov deyir ki, torpaqlarımızın işğaldan azad olunmasında oğlunun iştirakı ilə qürur duyur: “Şükür ki, torpağımız alındı. Biz ağrı çəksək də, torpaqlarımız qayıtdı, şəhidlərin qanı yerdə qalmadı. Allah onların hamısına rəhmət etsin, prezidentimizə də cansağlığı versin. Gələndə deyirdi narahat olma, ata, hər şey yaxşı olacaq. Elə döyüşə gedəndə də dedi, hər şey yaxşı olacaq”.

Anası Gülnarə Dadaşova Orxanla son görüşünü belə xatırlayır: “Qapıdan çıxanda da qoymadı məni ağlamağa, dedi, ana, bu hamımızın borcudur. Torpaq uğrunda hamı mübarizə aparmalıdır, amma heç vaxt arxamca ağlama. Dedim ki, ağlamayacam, amma mən göz yaşımı saxlaya bilmədim. O getdi, 4 metr sonra maşından dönüb dedi ki, mama, ağlama. Amma bir ana kimi o hiss məni yandırırdı. Bilirdim ki, bütün balalar odun-alovun içindədir. Dediyi sözü tutdu və torpaq uğrunda şəhid oldu mənim Orxanım”.  

Cəbhə kəndində 4 uşaqlı ailədə dünyaya gələn Orxanın 2 qardaşı, bir bacısı var. Ailənin yeganə qız övladı isə Orxanın əkiz tayıdır. Şəhid olandan sonra Orxan tez-tez Əfsanənin yuxularına gəlir və ağlamamağını rica edir: “Qardaşımla və 2783 qardaşımın hamısı ilə fəxr edirəm. O, bizim başımızı aşağı etmədi, başımızı dik tutdu. Ölüncə də dik olacaq. Tez-tez yuxuma gəlib məni çağırır. Deyirəm, qaqa, hara gəlim? Axşam da yuxuma gəldi, dedi, çox ağlama, təkcə mən şəhid deyiləm ha. Gör, neçə ailənin neçə bacının gözü yaşlıdır ağlama. Balaca oğlumun adını Orxan qoyub. Elə axırıncı dəfə də danışanda dedi, Ayxana yaxşı bax”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əsgər Orxan Dadaşov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan Rusiyanın Su-30-larını necə əldə edib?
Şuşa alınarkən ilk dəfə kosmik peyk rabitəsində istifadə edilibmiş - ƏMƏLİYYATIN ŞOK DETALI
Türkiyə İrana qarşı:

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü