Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44363
az

Oğuzda şəhid dəfn olunub

19:5616 Dekabr, 2020
396
HƏRBİ
  • A

Azərbaycan Ordusunun zəfər qazandığı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçisi Zaməddin Bahadur oğlu Kərəmov dəfn olunub.

OXU24.COM-UN məlumatına görə, Oğuz rayonunun Bucaq kənd sakini, 2000-ci il təvəllüdlü Z.Kərəmov Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhidin üçrəngli bayrağa bükülmüş nəşi bu gün doğulduğu Bucaq kəndinə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, Z.Kərəmov müddətdən artıq xidmət edən hərbi qulluqçu idi.

Allah rəhmət eləsin!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatdı - VİDEO
Ordumuzun hərbi geyim formalarında yenilik
Azərbaycan Ordusunun hərbçisi vəfat edib