Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43897
az

Düşmənin kabusuna çevrilən şəhid mayor Rüfət Əsgərov - VİDEO

20:2910 Dekabr, 2020
526
HƏRBİ
  • A

Qələbəni bizə qazandıran qəhrəmanlarımızdan nə qədər danışsaq yenə də azdır. Əslən Qubadlı rayonundan olan şəhid mayor Rüfət Əsgərov torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşüb. Öz cəsarəti, qorxmazlığı ilə seçilən, düşməni məhv edən mayor rüfət əsgərov oktyabrın 13-də xüsusi tapşırığı yerinə yetirərkən, şəhid olub.

Oxu24.com xezerxeber.az-a istinadən xəbər verir ki, qorxu duymurdu. Ürəyində böyük Vətən sevgisi var idi şəhid mayor Rüfət Əsgərovun. Düşmənin kabusuna çevrilən kəşfiyyatçı üç düşmən postunu alıb və qarşı tərəfin 24 nəfər xüsusi təyinatlısını məhv edib.

Rüfət Əsgərov 1981-ci ildə anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2003-cü ildə isə leytenant rütbəsilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. İxtisasça kəşfiyyatçı olan mayor Rüfət Əsgərov 2016-cı ildən Ali hərbi məktəbin kəşfiyyat kafedrasında baş müəllim işləyib. Atası deyir ki, daim öz biliyi, bacarığı ilə fərqlənirdi. Oktyabrın 13-də Tərtər Ağdərə istiqamətində gedən döyüşlərdə xüsusi tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Atası Mürvət Əsgərov deyir ki, oğlum General -mayor Polad Həşimov və şəhid polkovnik-leytenant Raquf Orucovla eləcə də bütün şəhidlərimizlə qürur duyurdu. Bir gün onların qısasını alacağam deyirdi və aldı da.

Nicat Əsgərov deyir ki, qardaşımın Vətən sevgisi danışmaqla bitməz. Sonuncu dəfə elə qardaşı ilə danışarkən övladlarını da ona əmanət edib.

Yoldaşı Arzu Əsgərova deyir ki, Vətənə, torpağa, elə-obaya bağlılığı və sevgisini daim övladlarına aşılayırdı.

Şəhidin vətənə əmanət iki övladı böyüyür. Xansuvar və Zəhra .Oğlu deyir ki, atam müharibənin başlamasını səbirsizliklə gözləyirdi.

Şəhid Rüfət Əsgərov xidmətdə fərqləndiyinə görə bir çox medallara, eləcə də fəxri fərmanlara layiq görülüb. Onun bizə ən böyük əmanəti isə Vətəndir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi