Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43655
az

Tezliklə Ermənistan ordusu Azərbaycan ərazisini tam tərk edəcək (ŞƏRH)

20:4107 Dekabr, 2020
415
HƏRBİ
  • A

"Azərbaycanın  sərhədləri bərpa olunduqdan sonra Ermənistanda baş verən proseslər bizi o qədər də maraqlandırmamalıdır. Çünki bu, artıq qonşu ölkədə baş verən siyasi proseslərdir”. 

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfuqarov Azərbaycanla Ermənistan arasındakı münasibətləri Qaynarinfo üçün şərh edərkən bildirib.


Sabiq XİN rəhbəri hesab edir ki, Azərbaycan üçün indi əsas məsələ erməni mənşəli əhalinin yaşadığı ərazidə suverenliyini bərpa erməkdir. 

"Azərbaycan beynəlxalq sərhədlərini, yəni Ermənistanla olan sərhədlərini tam şəkildə nəzarətə götürüb. Qısa bir müddətdə Ermənistan ordusu tam şəkildə Azərbaycan ərazisini tərk edəcək. Bu, sülhməramlıların məqsədlərindən biridir. Bu məsələ birgə bəyannamədə açıq şəkildə göstərilir. Ermənistan bir dövlət olaraq bu münaqişədə işğalçı, etnik təmizləmə, anneksiya siyasətindən Azərbaycan tərəfdən tam məhrum olunub. İndi isə onların davranışlarından asılı olaraq, əlbəttə ki, mən siyasi davranışları nəzərdə tutaram, bəzi aktual məsələlərin həll olunması üçün mövzular mövcuddur. Belə ki, sərhədboyu təhlükəsizliyin təmin olunması – burada beynəlxalq sərhədlər nəzərdə tutulur. Birgə bəyannamədə tələb olunan məsələlərin həll edilməsi –  Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən dəhlizin yaradılması. Ortada digər məsələlər də ola bilər. 

Azərbaycanda yaşayan erməni mənşəli insanlarla bağlı da siyasi proses baş verməlidir. Onun əsas məqsədi artıq bəllidir - Azərbaycanın suverenliyini bu ərazilərdə tam şəkildə bərpa etmək. Daha sonra orada olan qeyri-qanuni hərbi birləşmələr tərk-silah olunmalı və ardıcıl şəkildə suverenliyə aid məsələlər bərpa edilməlidir. Belə məsələlər çoxdur. Bunların arasında təhsil, pul dövriyyəsi və s. məsələlər var ki, xüsusi şəkildə təmin olunmalıdır. Yəni, Ermənistanla sülh müqaviləsinin bu mövzulara heç bir dəxli olmamalıdır. İndidən yeni bir mərhələ başlayıb. Yəni, Qarabağda olan məsələlər Azərbaycanın daxili məsələləsidir və onun suveren hüquqları çərçivəsində həll olunacaq. 

Hesab edirəm ki, sərhədlər (Azərbaycan – Ermənistan sərhədləri ) bərpa olunduqdan sonra Ermənistanda baş verən proseslər bizi o qədər də maraqlandırmamalıdır. Çünki artıq bu, qonşu ölkədə baş verən siyasi proseslərdir. Azərbaycan ordusu öz gücünün hesabına Ermənistanın işğalına son qoyub. Və Ermənistan indi qonşu ölkələrdən biridir. Bu, artıq Ermənistanın və xalqının seçimidir. Onlar hansı siyasəti seçəcək: Qonşularla normal münasibətləri qurmaq, yoxsa yenə də düşmənçilik siyasəti aparmaq. Azərbaycan isə Ermənistanın istənilən seçiminə hazırdır”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İspaniya əlavə Patriot raketlərinin Kiyevə ötürüldüyü barədə məlumat verib
Hərbi vəzifəlilərin təlim toplanışından VİDEO
“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verildi - VİDEO

ATV kanalı yutubda 1 milyondan çox abunəçi yığdı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
2 evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı