Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
41947
az

Şuşanın alınması xəbərini Prezidentə məruzə edən zabit kimdir? - DOSYE

18:3618 Noyabr, 2020
549
HƏRBİ
  • A

Şuşanın alınması xəbərini Cənab Ali Baş Komandana məruzə edən zabit. Bütün Azərbaycan o Qəhrəmandan danışır. Əslində bu qəhrəman kimdir? Gəlin, tanıyaq onu.

Rəhimov Zaur Şirinbəy oğlu. Lerik rayonu, Veri-Əliabad kəndində anadan olub. XTQ zabitidir. Azərbaycan əks-hücuma başlayan ilk gündən ön sırada dayanan zabitlərimizdəndi. Düşmənin müdafiə xəttini yaran qəhrəmanımız kilometrlərlə irəliləyib-Şuşanın alınmasına qədər. Bir neçə rayonun işğaldan azad olunmasında xüsusi xidmətləri olub. Hətta bir dəfə yaralanıb, müalicəsini yarımçıq qoyaraq yarasını sadəcə sarğıyla sarıtdırıb yenidən cəbhəyə qayıdıb. Şuşanın alınmasını Cənab Ali Baş Komandana məruzə edəndən sonra ikinci dəfə yaralanıb. Hal-hazırda müalicəsini davam etdirir. Əzmlidir, inşallah tez bir zamanda sağalıb xidmətini yenə də davam etdirmək arzusundadır. Qəhrəmanımız Xüsusi Təyinatlı Qüvvələrin zabiti olduğundan məxfiçiliyi qorumaq üçün uğurlu əməliyyatları barədə söhbət açmırıq hələ ki. 

Qaynarinfo xəbər verir ki, dünən qəhrəman zabitimizin ailəsi ilə əlaqə saxladıq. Qardaşı Rafiq Rəhimov Miq.Az-a açıqlama verərəkən maraqlı faktları qeyd etdi. 

Rafiq deyir ki, hələ 1-ci Qarabağ savaşında o ailənin 3 qardaşı müharibədə iştirak edib. Qardaşlardan ikisi hətta ağır yaralanıb

"Mən 1994-cü aprel ayında Ağdam istiqamətində gedən döyüşlərdə qolumdan ağır yaralandım. Sol qolumun dirsəyindən güllə yarası aldım. Qardaşım Rəhimov Ağəddin də Ağdamda gedən döyüşlər zamanı ağır yaralandı. Güllə hələ də qardaşımın ciyərində qalıb. Digər qardaşım - İlqar Rəhimov da Qarabağda döyüşüb"-deyir Rafiq Rəhimov.

Miq.Az əməkdaşının ailə vəziyyəti ilə bağlı sulaını cavablandıran Rafiq çoxuşaqlı olduqlarını bildirir və gülərək, nəinki qardaşlarının, hətta anasının da Qəhrəman olduğunu bildirir:

"Ailədə 10 uşaq olmuşuq. 7 qardaş, 3 bacı. Anam Gülarə Cananova da Qəhrəman anadır. Evimizdə gözümüzü açandan, həyata baxışlarımız formalaşan ilk gündən ata-anamızdan Vətənə, dövlətə, Can Azərbaycana məhəbbət, onu sevmək tərbiyəsi almışıq. 1-ci Qarabağ savaşında tək bizim ailədən 3 qardaş müharibədə idik. Əmim uşaqlarından da 3 qardaş müharibədə döyüşürdü. Onlardan ikisi - Akif Rəhimov (diz qapağı yoxdur) və Xudaverən Rəhimov ağır yaralandı, Valeh Rəhimov isə şəhid oldu.  Digər əmimin oğlu Vidadi Rəhimov da 1-ci Qarabağ savaşında yaralandı."

Cənab Ali Baş Komandana Şuşanın alınmasını məruzə edən Zaur Rəhimovun bacısının iki oğlu da 2-ci Qarabağ savaşında vuruşub. Qardaşlardan biri -  Rəhimov Sadiq Nadir oğlu şəhid olub. Digər qardaş da hal-hazırda savaşın düz mərkəzindədir. Lakin bacısı oğlunun şəhid olma xəbərini ona deməyiblər. Qardaş və bacılar məsləhət bilməyiblər bu xəbərin ona çatdırılmasını. 

"Müharibənin nə olduğunu bizim ailə bilir. Bayaq da qeyd elədim, bizim ailədə 4 qardaş Qarabağda döyüşüb. Orda hər şey baş verə bilər. Zaura bu xəbərin çatdırılmasını ailəlikcə özümüz istəmədik. O, Vətən üçün Zəfər yolunda idi. Özümüz mane olmadıq ona. Çünki o, Prezident İlham Əliyevin etimadını doğrultmaq, xalqın həsrətlə gözlədiyi Şuşa Qələbəsinə doğru gedirdi deyə mane olmadıq ona"- Rafiq Rəhimov bildirir.

"Dövlət rəsmilərindən sizlə maraqlanan varmı" sualımızı cavablandıran Rafiq deyir ki, icra hakimiyyətindən maraqlanıblar, zəng ediblər:

"Millət vəkili İqbal Məmmədov da bir neçə dəfə zəng edib maraqlanıb. Problemlərimizi soruşub. Sağ olsun, millət vəkilimiz əksər şəhid dəfnlərində Lerik camaatı ilə birlikdə idi. Hətta cəbhədə döyüşən hərbçi ailələrinə ərzaq və maddi yardımlar da göstərib. Düzdür, əvvəllər çox az görünərdi İqbal müəllim, bir az məsafəli idi seçicilərlə. Amma sonuncu parlament seçkilərindən sonra onu Lerikin ən ucqar kəndlərində əhalinin problemləri ilə maraqlanan görürük."- deyir Rafiq Rəhimov. 
 
Haqqında əfsanələr dolaşan Zaurun ailə vəziyyətinin necə olduğunu, evi var, yoxsa yox sualımıza isə qardaşının cavabı maraqlı oldu:

"Ailəlidir. Övladları var. Evə gəlincə...evi yoxdur, kirayədə yaşayır. Amma biz qardaşlar Vətən üçün savaşdıq, bütün Azərbaycan bizim evimizdir. Bu dövlətin havası bizə yetər. Vətənimizi bütövləşdirən Cənab Ali Baş Komandanımız sağ olsun. Azərbaycan var olsun! Xahiş edirəm, bu sözümü xüsusi qeyd edin. Biz Lerikdə anadan olmuşuq, dağlar oğluyuq. Qarabağda döyüşən yaxın qohum-əqrəbamızın adını sadalasam, bir batalyondu. Bizim ailənin adı bütün azərbaycanlıların ürəyindədir, hər ürək bizim evimizdir. Biz ev-eşiyimizi atıb Qarabağa döyüşməyə gedirik, ev, şan-şöhrət uğrunda yox. Biz bu dağların adına xələl gətirmərik. Vətənə, torpağa, Ali Baş Komandanımıza sevgimiz də bu dağlardan başlayır, biz dağlar oğluyuq!"-deyir Rafiq Rəhimov.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasına əlavə edildi
Xüsusi təyinatlılar təlimdə tapşırıqları icra ediblər - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
SON DƏQİQƏ! Meyiti 70 gündən sonra basdırıldığı yerdən tapıldı