Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37460
az

“Türk ordusu Azərbaycanda qala bilər, çünki…” – Bölgədə yeni gəlişmə

11:5213 Avqust, 2020
578
HƏRBİ
  • A

“Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandemi Rusiya-Ermənistan müttəfiqliyini sual altına qoyacaq. Artıq Ermənistanda Türkiyənin Azərbaycana hərbi dəstəyindən dolayı ciddi narahatlıq yaşanır”.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, hazırda işğalçı ölkədə Rusiyanın Qarabağ məsələsində Ermənistanı dəstəkləməyəcəyi düşüncəsi hakimdir:

“Bunun səbəbini də Paşinyanın anti-Rusiya siyasətində görürlər. Hesab edirəm ki, Bakı-Ankara müttəfiqliyi İrəvanın Moskvaya münasibətinə zərbə vurmaqla yanaşı, Ermənistan daxilində siyasi vəziyyətin böhrana yuvarlanmasına gətirib çıxaracaq. “Qarabağ klanı” İrəvan-Moskva xəttindəki gərginlikdən Paşinyanın əleyhinə istifadə edəcəyi istisna deyil. Bu da ölkədə siyasi vəziyyəti mürəkkəbləşdirəcək. Bununla belə, Rusiyanın tezliklə Ermənistandan çıxacağı yaxın perspektivdə mümkün görünmür”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Türkiyənin Cənubi Qafqazda nüfuz dairəsini genişləndirməsi Rusiyanın manevr sahəsini daralda bilər:

“Həmçinin Cənubi Qafqazla yanaşı, Mərkəzi Asiya və Yaxın Şərqdə də geostrateji yerdəyişmələr gedir. Ankara bölgələrdəki nüfuz toqquşmasında daha da irəli çıxıb, mövqelərini gücləndirir. Azərbaycan bu mübarizəsində Ankaranın yanındadır. Qənaətimə görə, Türkiyə ilə hərbi əlaqələrin bu sürətlə inkişafı Türkiyə və Azərbaycan arasında hərbi müttəfiqlik müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Azərbayacan müdafiə nazirinin Türkiyəyə səfəri, ardınca Türkiyənin müdafiə naziri və baş qərargah rəsinin böyük heyətlə ölkəmizə səfəri ciddi geosiyasi bir platformanın qurulmasına hesablanıb.

Türkiyə ilə Azərbaycan arasında ikinci hərbi təlimlər başlayacaq və bu məşqlərin növbəti mərhələdə davam etdirilməsi baxımından, türk ordusunun Azərbaycanda qalması üçün ilkin razılaşma əldə oluna bilər”.

Ekspert bildirib ki, Türkiy-Azərbaycan hərbi müttəfiqlik müqaviləsi bağlanarsa, birgə təlimlərin Xəzər dənizində davam etdirilməsi reallaşa bilər.

 

Məhəmməd Əsədullazadə qeyd edib ki, ölkəmiz işğal olunmuş ərazilərin azad edilməsi üçün aparacağı hərbi əməliyyatlarda Ankara faktoru üçüncü ölkənin təzyiqlərinin qarşısının alınmasında mühüm amildir:

“Türkiyə və Azərbaycan arasındakı hərbi yaxınlaşma NATO-nun da maraqlarına cavab verir. Qərb də Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqeyinin güclənməsində maraqlıdır. Xüsusilə ABŞ bu istiqamətdə Türkiyəyə dəstək verəcək. Bu? Azərbaycan üçün də strateji önəm daşıyır. Rusiyanın mövqeyinə gəldikdə isə o, Türkiyənin Cənubi Qafqazdakı fəallığına Suriya və Liviyada necə davranırsa, burada da eyni münasibəti sərgiləyəcək. Yəni Türkiyənin burada da regional oyunçu statusunu qəbul edəcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan Rusiyanın Su-30-larını necə əldə edib?
Şuşa alınarkən ilk dəfə kosmik peyk rabitəsində istifadə edilibmiş - ƏMƏLİYYATIN ŞOK DETALI
Türkiyə İrana qarşı:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı