Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
326
az

“ÇEVİK MÜDAVİMLƏR” ADLI ESTAFET YARIŞI KEÇİRİLİB

16:2206 Aprel, 2018
1174
HƏRBİ
  • A
  “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC Bakı şəhərində yerləşən filiallarının xüsusi hərbi ixtisaslı sürücü müdavimləri arasında estafet yarışı təşkil etmişdir. 

Cəmiyyətin sədri Niyazi Eynalov yarışı açıq elan etmiş və ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müharibə şəraitində olan ölkəmizdə ordu quruculuğunun möhkəm əsaslarını yaratdığını demiş və hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı önə çəkdiyi məsələlərə toxunmuşdur.
Cəmiyyət sədri vurğulamışdır ki, bu yarış rəşadətli ordumuzun düşmən üzərində aprel qələbəsinin 2-ci ildönümünə və aprelin 11-də keçiriləcək Prezident seçkiləri ərəfəsinə təsadüf edir. O,  seçki hüququ olan müdavimlərə seçkidə aktivlik göstərməyi və xalqımızın ən layiqli namizədinə səs verməyi tövsiyə etmişdir.
 
Daha sonra yarışın mahiyyəti barədə məlumat verən Cəmiyyətin sədri Niyazi Eynalov qeyd etmişdir ki, hər tədris dövründə müdavimlərlə təşkil edilən bu kimi ardıcıl yarışlar Silahlı Qüvvələrimizin sıralarında xüsusi hərbi ixtisaslı sürücü mütəxəssis kimi xidmət edəcək müdavimlərin hərbi vətənpərvər, döyüşkən əhval-ruhiyyəli, fiziki cəhətdən sağlam və hərtərəfli hərbi hazırlıqlı formalaşdırılmasına xidmət edir.
7 tapşırıqdan ibarət olan yarış boyunca müdavimlərə şərti döyüş şəraitində hərəkət metodları, ayıq-sayıqlıq, əl qumbaralarından istifadə qaydaları, atıcı silahdan dəqiq nişanalma bacarıqları, yaranmış təsadüflər zamanı avtomobil texnikasını minalanmış sahədən çıxararaq sağ-salamat mənzil başına çatdırmağın yolları, bütövlükdə isə döyüş təcrübəsi praktik olaraq mənimsədilmişdir.  
 Münsiflər heyəti keçirilən yarışın nəticələrini qiymətləndirmiş, qalib komandaların üzvlərinə qol saatları hədiyyə edilmiş,  diplom və kubokla mükafatlandırılmışdır. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekunlarına görə Cəmiyyətin Nəsimi rayon 1 nömrəli filialının komandası 93 balla 1-ci nəticə, Sabunçu rayon filialının komandası 61 balla 2-ci nəticə,  Binəqədi rayon 1 nömrəli filialının komandası isə 42 balla 3-cü nəticə göstərərək qalib olmuşlar.

Xatırladaq ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin                13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılmışdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Körpə açıq sancaq və gözmuncuğu uddu - Daxili orqanları...
Azərbaycan təyyarələri ilk uçuşlarını yerinə yetirdilər
Şəhid Vidadi Zalov dəfn olunub – Yenilənib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı