Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32507
az

Ermənistanı qorxuda saxlayan LORA - İsrail bu silahı yalnız Azərbaycana satıb

12:5004 İyun, 2020
930
HƏRBİ
  • A

İsrailin “Aviasiya sənayesi” (İAİ) konserni may ayında LORA raket kompeksinin sınağını həyata keçirib.

Modern.az holdinqə istinadən xəbər verir ki, sınağın keçirilməsi barədə məlumat yalnız ötən gün rəsmən açıqlanıb. Aralıq dənizində keçirilən sınaqlar zamanı LORA raketləri uzaqlığı 90 və 440 kilometr məsafədə olan 2 hədəfi də yüksək dəqiqliklə məhv edib.

Buna qədər, LORA raketinin yalnız 300 kilometrə qədər məsafədə hədəfi məhv etdiyi söylənilirdi. Sınağın uğurundan danışan İsrail baş naziri Benyamin Netanyahu “qoyi düşmənlərimiz bizdən qorxsun” – deyə LORA raketlərinin yüksək zərbə potensialına toxunub.

“Koronavirusla mübarizə ilə paralel, biz İsrailin təhlükəsizliyi üçün həm müdafiə, həm hücum vasitələrini təkmilləşdiririk. İAİ konserni və təhlükəsizlik orqanları əhsən! Uğurlu raket sınağı İsril vətəndaşları üçün xoş, düşmənlərimiz üçün isə daha bir pis xəbər oldu”.

LORA ballistik raketləri İsrail tərəfindən yalnız Azərbaycana satılıb. Azərbaycan 2018-ci ildə bu müasir operativ-taktiki raket sistemlərini nümayiş etdirmişdi.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verildi - VİDEO
MN: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunub
Orduda ən yaxşı snayper müəyyən ediləcək - VİDEO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Bakıda 23 yaşlı gənc bıçaqlanıb