Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2816
az

Azərbaycan real savaşa hazırlaşır”

19:5411 İyun, 2018
2117
HƏRBİ
  • A
 Son günlər Azərbaycan ordusunun Naxçıvan istiqamətində 11 hektarlıq ərazini və strateji əhəmiyyətli yüksəkliləri işğaldan azad etməsi, Yerevan-Gorus-Laçın yoluna nəzarəti ələ keçirməsi Ermənistanda əməlli-başlı çaşqınlıq yaradıb.

“OXU24.COM” xəbər verir ki, erməni cəmiyyəti qorxu içərisində Azərbaycanın savaşa hazırlaşdığını bildirir.

2016-cı ilin aprel savaşından sonra tərs şillə yeyən erməni tərəfinə bu dəfə Naxçıvan istiqamətində şapalaq vuruldu. Aprel şilləsinin təsirini yeyə bilməyən erməni tərəfi Naxçıvan qapazından sonra əməlli-başlı təşvişə düşüb.

Bu hadisələrin fonunda isə işğal edilmiş Dağlıq Qarabağ ərazisində etiraz mitinqləri başladı. Yerli ermənilər xüsusi xidmət orqanları ilə toqquşdu və nəticədə döyüldülər. Etirazlar yüksəldikcə erməni cəmiyyəti qorxuya düşdü. Bu etirazlar hətta Azərbaycandan kömək istəməyə qədər uzandı.
Bu gün isə Dağlıq Qarabağ bölgəsində müqaviləli xidmət göstərən erməni əskəri ölüb. O, Azərbaycan ordusunun açdığı cavab atəşi nəticəsində ölüb. Bir nəfər isə ağır yaralanıb.

Bu məsələ isə erməni cəmiyyətini əməlli-başlı qorxuya salıb. “1in.am” portalı məsələni belə şərh edir:
“Son günlər təmas xəttində gərginlik müşahidə edilir. Hətta beynəlxalq ekspertlər dairəsində müharibənin alovlanacağı məsələsi müzakirə edilir. Azərbaycan təkcə Dağlıq Qarabağ istiqamətində yox, Naxçıvan istiqamətində də aktivləşib.
Rəsmi Bakı savaşa hazırlaşır. Bu, Bakının blefi deyil. Çünki seçkilər geridə qalıb. Artıq daxili auditoriyaya hesablanmış savaşdan yox, real müharibədən söhbət gedir. Görünür Azərbaycan prezidenti və xalqı itirilmiş torpaqları geri qaytaracaq”.

Bu əslində erməni cəmiyyətinin qorxusudur. Hər halda ermənilər işğal faktını dolayı yolla etiraf edirlər. Erməni yazıçı Vaaqn Karapetyan da ermənilərə müraciət edərək Qarabağ xülyasından əl çəkməyə çağırış edib. Yazıçı ermənilərin bu xülya nəticəsində hər şeydən təcrid olunduqlarını, seperatçı rejimin gec-tez Rusiyanın qucağına qaçacağını, əvəzində iki xalqın əsrlər boyu düşmən olacağını bildirib.

Hə bir də unutmadan, Rusiya mətbuatı da bu məsələ biganə qalmır. Hətta “Rosbalt” nəşri “Azərbaycan addım-addım torpaqlarını geri qaytarır” başlıqlı məqalə dərc etmişdi.

Erməni mətbuatı isə hər dəfə olduğu kimi bu dəfə də Rusiyaya sığınmağa meyl edir. Erməni jurnalsitlər Paşinyandan rus-erməni münasibətlərini daha da yaxşılaşdırmağı tələb edirlər… Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Körpə açıq sancaq və gözmuncuğu uddu - Daxili orqanları...
Azərbaycan təyyarələri ilk uçuşlarını yerinə yetirdilər
Şəhid Vidadi Zalov dəfn olunub – Yenilənib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO