Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
24064
az

İsgəndər Həmidovla bağlı duyğusal sözlər: "Təslim olma, cənab general!"

14:0806 Fevral, 2020
914
HƏRBİ
  • A


"Mən sənin ayağa qalxmağını istəyirəm, cənab general! Əzrail olsa belə, təslim olma! Ömrümdə birinci dəfədi deyirəm, inad elə İsgəndər Həmidov”.

Oxu24.com   xəbər verir ki, bunu sabiq daxili işlər naziri İsgəndər Həmidovun qardaşı olğlu Şəhriyar Məcidzadə yazıb.
 

O, gənclik illərinin atasının və əmisinin ağrıları altında keçdiyini deyib:

"Mənim taleyim belə gətirib. Uşaqlıqda güllə səsləri altında oynamışam, yeniyetməlikdə atamın və əmimin həbsxana və məhkəmələri qarşısında oxumuşam, gəncliyimdə isə atamın və əmimin ağrılarına gülümsəyib, heç kimə bəlli etməməyinə şahid olmuşam. Mən onları ədalətsiz istintaq müddətlərində, ədalətsiz məhkəmə proseslərində də elə görmüşəm, son mənzilə doğru gedəndə də. Heç kimə bəlli etmədən ağrını, acını yaşayıb, hamını arxayın salıb sonra ölümə doğru yürüdülər... Bax belə dimdik! 

Necə bir taledir ilahi? 2016-cı ilin fevralında atamı görmüşəm. 2020-ci ilin fevralında isə əmim ağır durumdadır. Mən çox üşümüşəm soyuqda. Atam həbs olunub evimizdə axtarış aparılan gündə çox soyuq idi. Evə buraxmamışdılar məni... Əmim həbs olunan günü çox soyuq idi... Atamın vəziyyəti ağırlaşdığı gündə çox soyuq idi və dünəndə çox soyuq idi. Bu başqa günlərdə olan soyuqlardan çox başqadır. Fevral soyuğudur. Adamı elə bil daxildən tutur. Mən sənin ayağa qalxmağını istəyirəm, cənab general! Əzrail olsa belə, təslim olma! Ömrümdə birinci dəfədi deyirəm inad elə, İsgəndər Həmidov!

Ona böhtan atanlara, atamın xidmətlərini oğurlayanlara, özünü Tərtər batalyonunun komandiri elan edənlərə və bu hadisələri görüb susqunluqla üstündən keçənlərə deyirəm, İsgəndər Həmidovun vəziyyəti ağırdır. O, daha ona böhtan atanların üzünə gülümsünməsiylə onları aldada bilməyəcək”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasına əlavə edildi
Xüsusi təyinatlılar təlimdə tapşırıqları icra ediblər - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı