Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2348
az

Azərbaycanın əldə etdiyi ən qorxulu silah -

16:1529 May, 2018
5896
HƏRBİ
  • A
 Aprel döyüşlərindən sonra bir sıra Cənubi Qafqaz KİV-ləri baş sındlırır ki, nədən əlində kamikadze PUA-lar kimi yüksək texnoloji silahlar olan Azərbaycan Rusiyadan da silah alır?

Bu suallar aprel döyüşlərindən sonra kömək üçün Berlinə qaçmış Serj Sarkisyanın rus silahlarını 1980-ci illərin texnologiyası adlandırmasından sonra daha çox verilir.

Təbii ki, həm Gürcüstan, həm də Ermənistan jurnalistləri Azərbaycan ordusunu Cənubi Qafqazın ən güclü ordusu olduğunu danmırlar. Məsələn, gürcü jurnalist İrina Corbenadze “Rosbalt”da yazdığı məqaləsində Ermənistanın qərblə əlaqələrinin güclənməsinə mane olan səbəblər arasında bu məsələni də görüb:

“Azərbacyanla münaqişənin həll edilməməsi buna mane olur - əgər Rusiya cəza kimi Ermənistanı tərk edərsə, Azərbaycan çox sürətlə və Ermənistana böyük zərərlər vuraraq Dağlıq Qarabağ da daxil olmaqla işğal edilmiş ərazilərini geri qaytara bilər”.

Ermənistan hakimiyyəinin işğal edilmiş ərazilərdə çalışan funksioneri Qarnik İsaqulyan da Azərbaycanın çağdaş silahlar əldə etdiyini bildirib:

“Onların Rusiyadan silah alması bizim üçün ağırdır. Bu barədə prezident Serj Sarkisyan da dedi, amma bütün mətləbləri aça bilmədi”.

Məntiqlə ermənilər Azərbaycanın Rusiyadan silah almasına ancaq sevinməlidirlər, hər halda, rəsmi Bakı dünya bazarı qiymətlərinə Rusiyadan silah almaq əvəzinə İsraildən, Pakistandan və başqa ölkələrdən daha müasir silahlar ala bilərdi. Bu, aprel döyüşlərinin daha geniş və daha təhlükəli miqyaslarda təkrarlanmasına imkan verərdi.

Amma erməniləri qorxudan səbəb başqadır və bu, erməni şərhçi Akop Badalyanın “Lragir”də yazdığı məqalədə açıqlanır: “Daha bir sual yaranır - Bakı niyə keyfiyyətsiz Rusiya silahı alır? Çünki Bakı həm də eyni zamanda bu silahın işlədilməsinin legitimliyi məsələsini həll edir”.

Yəni Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, hərbi gücünə görə dünya ikincisi olan Rusiya Azərbaycana silah satmaqla həm də həmin silahı işlətmək hüququ verir. Azərbaycanın bu baxımdan Rusiya ilə digər əlaqələri gücləndirməsi də vacibdir.

Hər halda, İrəvanda sayı 700-ü keçən Qərb aşiqləri - jurnalistlər, analitiklər, QHT təmsilçiləri, siyasətçilər artıq müəyyən nəticələrə nail olublar. Son üç ildə bu ölkədə qərb tərəfdarlarının sayı 10%-dən 40 faizə qədər artıb. Bu göstəricinin yarıdan çox olmasına az qalıb. Bax onda Rusiyanın Ermənistanı tərk etməsi məsələsi gündəmə gələcək. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün həmin vaxtdan maksimum istifadə etməlidir.İstiPress  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər