Mövqelərimiz atəşə tutuldu
28 Aprel 2025, 11:30
Qaynar xətt:
(+99450) 247 90 86Zakir Həsənov generallara tapşırıq verdi
HƏRBİ
499
05.04.2025, 17:33
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Oxu24.com Müdafiə Nazirliyindən "Report"a bildirilib ki, videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də Milli Müdafiə Universitetinin və tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həmçinin ölkənin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ordu quruculuğunun ölkəmizdə prioritet məsələlərdən biri olduğunu qeyd edən müdafiə naziri bölmələrin xidməti-döyüş fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Müdafiə naziri bildirib ki, tarixi Zəfərin sülh danışıqlarına yol açdığını qeyd edən Ali Baş Komandan Azərbaycan Ordusunun xüsusilə 44 günlük Vətən müharibəsi və sonrakı döyüş əməliyyatlarında nümayiş etdirdiyi peşəkarlığı yüksək qiymətləndirib, bununla da qarşımızda daha məsuliyyətli vəzifələr qoyub.
Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, o cümlədən son günlər qarşı tərəfin bölmələrimizi mütəmadi olaraq atəşə tutması, mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib. Nazir Azərbaycan Ordusu bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub, döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb.
Daha sonra Azərbaycan Ordusunda aparılan uğurlu islahatların müsbət nəticələrindən danışılıb, cari il ərzində həyata keçirilən və planlaşdırılan tədbirlər müzakirə edilib.
Qoşunların döyüş imkan və qabiliyyətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayan nazir müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən hərbi təlimlərin intensivliyinin qorunub saxlanılmasını və texnoloji yeniliklərin tətbiqi ilə keyfiyyətinin daim artırılmasını tapşırıb. Müasir informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərlə bağlı göstərişlər verib.
Hərbi təhsil sistemində əlçatanlığın, əhatəliliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq edilən yeni forma və metodlar nəzərə alınmaqla bölmələrin peşəkar kadr heyəti ilə komplektləşdirilməsinə xüsusi diqqət yetirilməsinin əhəmiyyəti qeyd olunub.
Həmçinin oxuyun
Nazir müxtəlif ixtisaslı hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışlarında onların bilik və bacarıqlarının artırılması, həmçinin silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydalarının öyrədilməsi üzrə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.
Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mənəvi-psixoloji hazırlığı, xüsusilə kəskin relyefli ərazilərdə dislokasiya olunan bölmələrin maddi-texniki təminatı, keyfiyyətli qidalanmasının təşkili, həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsi barədə tələblər bir daha komandir heyətinə çatdırılıb.
Müddətli həqiqi hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması, eləcə də sağlamlıqlarının diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verilib.
Hərbi qulluqçularla mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsi və icra edilən fəaliyyətlərin nizamnamələrin tələblərinə uyğun tənzimlənməsinin vacibliyi vurğulanıb.
Qoşunların mövsümə uyğun bütün növ ehtiyatlarla təmin edilməsi, silah və texnikanın yaz-yay mövsümü istismarı rejiminə keçidinə hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verilib.
Müşavirədə, həmçinin azad edilmiş ərazilərdə təhlükəsizlik qaydalarına əməl olunmaqla aparılan mühəndis tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Sonda general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun Ali Baş Komandanın etimadını hər zaman doğrultduğunu, bundan sonra da doğruldacağını əminliklə ifadə edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə göstəriş verib.
Bu barədə aprelin 5-də nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də Milli Müdafiə Universitetinin və tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə videobağlantı formatında keçirilən xidməti müşavirədə qeyd olunub. milli.az
10:49 / 29 Aprel 2025
Baş nazir yeni qərar imzaladı
2
10:33 / 29 Aprel 2025
Rusiyaya qalib gələ bilməyəcəksiniz! - Vens
7
10:26 / 29 Aprel 2025
Məzahir Sultanovun 23 yaşlı oğlu qəfil VƏFAT ETDİ
99
10:24 / 29 Aprel 2025
Bakıda sərnişin avtobusu qəza törədib.
10
10:13 / 29 Aprel 2025
Vətəndaşların kartlarından 12 min manatdan çox pul oğurlanıb
9
09:57 / 29 Aprel 2025
Qadın ərini xəstəxanalıq etdi
23
09:54 / 29 Aprel 2025
Pilləkəndən yıxılaraq ölüb
18
09:53 / 29 Aprel 2025
İcazəsiz Həccə gedənlər cəzalanacaq
36
09:35 / 29 Aprel 2025
Bu günün valyuta məzənnəsi açıqlanıb
52
09:27 / 29 Aprel 2025
Azərbaycanın əməkdar memarı vəfat etdi
21
09:10 / 29 Aprel 2025
Ərdoğan: İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz
52
09:06 / 29 Aprel 2025
“Dünyanı idarə edirəm, bu mənə çox əyləncəli gəlir” - Tramp
89
23:52 / 28 Aprel 2025
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
95
22:40 / 28 Aprel 2025
Xalq artisti yıxıldı, qolu sındı
147
22:33 / 28 Aprel 2025
Mayın 1-dən bu şəxslərin pensiyası ARTIRILACAQ
118
22:00 / 28 Aprel 2025
84 yaşlı həkim itkin düşdü
99
21:26 / 28 Aprel 2025
Faciəvi şəkildə ölən 25 yaşlı Orxanın FOTOsu
119
20:53 / 28 Aprel 2025
Reanimasiyadan çıxarılıb, palatada həkim nəzarətindədir
132
20:47 / 28 Aprel 2025
Rövşən Nəcəf idarə rəisini işdən çıxardı - FOTO
681
20:44 / 28 Aprel 2025
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
123
20:41 / 28 Aprel 2025
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
111
20:29 / 28 Aprel 2025
Sevinc öldü,Leyla yaralandı — Detalları
1317
20:23 / 28 Aprel 2025
Zəhərli çiyələyi belə tanıyın və almayın! – Sadə metod
136
19:34 / 28 Aprel 2025
Əsədin atasının məzarından qalıqlarını çıxardılar - VİDEO
124
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.