Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100085
az

Estoniya 2024-cü ildə müdafiəyə 1,3 milyard avro xərcləmək istəyir

18:1130 Dekabr, 2023
667
HƏRBİ
  • A

Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Herem bildirib ki, ölkə öz ümumi daxili məhsulunun (ÜDM) 3%-ni milli müdafiəyə sərf etmək niyyətindədir.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə “Louna-Eesti Postimees” qəzeti məlumat yayıb.

 

Onun sözlərinə görə, müdafiə büdcəsi 1,3 milyard avro təşkil edəcək. O qeyd edib ki, iki ildən sonra ölkə Ukraynanın xüsusi əməliyyat başlamazdan əvvəlki vəziyyətindən daha yaxşı vəziyyətdə olacaq.

 

“Bu məbləğin yarısı yaxın dörd ildə silah və sursatların alınmasına sərf olunacaq. 240 kilometrə qədər məsafədə fəaliyyət göstərmək üçün kifayət qədər imkanlarımız var. Bu, bizi hücum edənlər üçün daha təhlükəli edir”, - Herem bildirib.

 

Bundan əvvəl bildirilmişdi ki, Estoniyanın eks-prezidenti Toomas Hendrik İlves ölkə hakimiyyətini ÜDM-in üç faizindən çoxunu müdafiə ehtiyaclarına ayırmağa, eləcə də eyni məqsədlər üçün gəlir vergisini 24 faizə qaldırmağa çağırıb. “Dövləti qorumaq” üçün daha çox pula, eləcə də potensial vergi artımlarına ehtiyac var”, - deyə o bildirib.

 

Əvvəllər İlves demişdi ki, Avropa “müharibə şəraitindədir”, ona görə də Ukraynadakı hadisələrdən söhbət gedəndə yerli sakinlərin qısamüddətli problemlərinin “fərqi yoxdur”.

 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Estoniyanın Ukraynaya hərbi xidmətdən yayınan vətəndaşlarını ekstradisiya edəcəyini bildirmişdi.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İspaniya əlavə Patriot raketlərinin Kiyevə ötürüldüyü barədə məlumat verib
Hərbi vəzifəlilərin təlim toplanışından VİDEO
“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verildi - VİDEO

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO