Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97588
az

Dövlət qurumu işçilər axtarır - MAAŞ 2500 MANAT

11:1109 Noyabr, 2023
954
ELANLAR
  • A

Dövlət qurumu

Direktorun köməkçisi (baş məsləhətçi)
 

 Son tarix 04 dek 2023 [email protected]

Vəzifə öhdəlikləri:
Qurumun texniki struktur bölmələrinin fəaliyyətinin istiqamətləndirilməsi və əlaqələndirilməsində iştirak edir;
Qurumun əmək və texniki fəaliyyət üzrə istiqamətlərinin təşkilində yeni texnika və proqressiv texnologiyaların tətbiqi vasitəsilə yüksək inkişaf templərinə nail olmaq və əmək məhsuldarlığının artırılması məqsədilə struktur bölmələrin fəaliyyətinin əlaqələndirilməsində iştirak edir;
Qüvvədə olan dövlət standartlarına uyğun texniki fəaliyyətin aparılmasına nəzarət edir;
Layihədə material ehtiyatlarının sərfinin, çeşidinin, nomenklaturasının standartlara, texniki sənədlərə uyğunluğunun təmin edilməsi və onlara nəzarətin aparılmasını həyata keçirir;
Layihələrdə aparılan işlərin inşaat-texniki normalar çərçivəsində yüksək keyfiyyətlə yerinə yetirilməsinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görür;
Tikinti sahələrində yanğından mühafizə, sanitariya-gigiyena normalarının tələblərinə riayət edilməsi, əməyin, ətraf mühitin mühafizəsi, və təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsinin təşkilinə nəzarət edir;
Podratçı şirkətlərin mütəmadi olaraq tikinti-inşaata dair işlərin tələblərə uyğun yerinə yetirilməsinin yoxlanılmasını təmin edir;
Digər dövlət qurumları ilə işin təşkilini, yazışmalarını təmin edir.
Tələblər:
İnşaat üzrə ali təhsil; 
İnşaatda- dövlət qurumları ilə iş üzrə minimum 5 il iş təcrübəsi;
İnşaat aspektləri ilə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı.
Əmək şəraiti:
İş rejimi: 5 gün/ 09:00 – 18:00;
Əmək haqqı 2000 azn (net) və kollektiv mükafatlar.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur. 

 

Mühasib (Hesabatların təhlili şöbəsi)
 Son tarix 18 noy 2023 [email protected]

Vəzifə öhdəlikləri:
Rüblük və illik maliyyə hesabatlarını qəbul etmək;
Hesabatların analitik təhlilini aparmaq;
Mühasibat uçotunu qanunvericiliyə uyğun olaraq aparmaq;
Rəhbərin tələb etdiyi vəzifə daxili digər tapşırıqları həyata keçirmək.
Tələblər:
Maliyyə ixtisası üzrə ali təhsil (Magistr təhsili üstünlükdür);
Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
Mühasibat uçotu haqqında AR Qanunu; 
Kompüter bilikləri (MS Office (MS Excel yüksək səviyyədə));
Analitik təhlil etmə bacarığı.
Əmək haqqı: 500 – 700 AZN

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə “Mühasib” yazaraq e-mail ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 17.11.2023

 

Hüquq departamentinin müdir müavini
 Son tarix 04 dek 2023 [email protected]

Vəzifə öhdəlikləri:
Qurumun fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək; 
Qanunvericilik bazasını formalaşdırmaq, mütəmadi olaraq təkmilləşdirmək və yenilənməsini təmin etmək, normativ hüquqi təminat işinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirmək;
Dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən Quruma ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq və müvafiq tədbirlərin görülməsini təmin etmək;
Qurumun bütün növ müqavilələrinin  hazırlanmasını, müqavilələrin hüquqi ekspertizasının aparılmasını və müvafiq rəyin verilməsini, Qurumun iştirak etdiyi birgə layihələrin hüquqi təminatının təşkil edilməsini təmin etmək;
Qurumun fəaliyyətinə dair qaydaların, əsasnamələrinin hazırlanmasını təmin etmək;
Yazışmaların və daxili normativ sənədlərin qüvvədə olan qanunvericiliyin tələblərinə, idarəetmə strategiyasına uyğunluğunu təmin etmək;
Məhkəmələrdə, dövlət və yerli özünü idarəetmə orqanlarında (qurumlarda) hüquq və qanuni mənafelərini müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apelyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək, həmçinin üçüncü şəxslər qarşısında qanuni mənafelərin qorunmasını təşkil etmək və bununla əlaqədar zəruri hüquqi hərəkətlər həyata keçirmək;
Quruma məxsus əmlak və qeyri-əmlak hüquqlarının dövlət qeydiyyatının aparılmasına yönələn müvafiq hüquqi hərəkətlərin edilməsini təmin etmək.
Tələblər:
Hüquq üzrə tam ali təhsil; 
Hüquqşunas kimi minimum 5 il dövlət qurumlarında (ən azı 3 il rəhbər vəzifədə) iş təcrübəsi;
Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı.
Əmək şəraiti:
İş rejimi: 5 gün/ 09:00 – 18:00;
Əmək haqqı 2500 azn (net) və kollektiv mükafatlar.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur. 

 

Maliyyə üzrə koordinator
 Son tarix 04 dek 2023 [email protected]

Vəzifə öhdəlikləri:
Maliyyə fəaliyyətinin təhlili, idarəedilməsi və planlanmasında iştirak edir;
Qurumun maliyyə datasının analizinin aparılmasını təmin edir;
Mütəmadi olaraq proseslərin analiz edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsini təmin edir;
Toplanılmış məlumatları analiz edərək sistemin təkmilləşdirilməsi üçün təkliflər hazırlayır;
Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsini həyata keçirir;
Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması ilə əlaqədar təkliflər verir;
Maliyyə ehtiyatlarının yetərli olub-olmadığını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanmasını təmin edir;
Maliyyə riskini müəyyən edir;
Büdcə mövzusunda məhsuldarlığı artırıcı təkliflər hazırlayır və Rəhbərliyə təqdim edir.
Tələblər:
Maliyyə üzrə tam ali təhsil; 
Maliyyəçi kimi minimum 5 il dövlət qurumlarında iş təcrübəsi;
Maliyyə aspektləri ilə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
Mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilmək;
Problem analiz etmə, planlama və təşkil etmə bacarığı;
Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA, CFA, CIMA) olması əlavə üstünlükdür.
Əmək şəraiti:
İş rejimi: 5 gün/ 09:00 – 18:00;
Əmək haqqı 2000 azn (net) və kollektiv mükafatlar.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur. 

 

Hüquq departamentinin müdir müavini
 Son tarix 04 dek 2023 [email protected]

Vəzifə öhdəlikləri:
Qurumun fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək; 
Qanunvericilik bazasını formalaşdırmaq, mütəmadi olaraq təkmilləşdirmək və yenilənməsini təmin etmək, normativ hüquqi təminat işinin aparılmasına metodiki və əməli rəhbərliyi həyata keçirmək;
Dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən Quruma ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq və müvafiq tədbirlərin görülməsini təmin etmək;
Qurumun bütün növ müqavilələrinin  hazırlanmasını, müqavilələrin hüquqi ekspertizasının aparılmasını və müvafiq rəyin verilməsini, Qurumun iştirak etdiyi birgə layihələrin hüquqi təminatının təşkil edilməsini təmin etmək;
Qurumun fəaliyyətinə dair qaydaların, əsasnamələrinin hazırlanmasını təmin etmək;
Yazışmaların və daxili normativ sənədlərin qüvvədə olan qanunvericiliyin tələblərinə, idarəetmə strategiyasına uyğunluğunu təmin etmək;
Məhkəmələrdə, dövlət və yerli özünü idarəetmə orqanlarında (qurumlarda) hüquq və qanuni mənafelərini müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların, apelyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək, həmçinin üçüncü şəxslər qarşısında qanuni mənafelərin qorunmasını təşkil etmək və bununla əlaqədar zəruri hüquqi hərəkətlər həyata keçirmək;
Quruma məxsus əmlak və qeyri-əmlak hüquqlarının dövlət qeydiyyatının aparılmasına yönələn müvafiq hüquqi hərəkətlərin edilməsini təmin etmək.
Tələblər:
Hüquq üzrə tam ali təhsil; 
Hüquqşunas kimi minimum 5 il dövlət qurumlarında (ən azı 3 il rəhbər vəzifədə) iş təcrübəsi;
Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı.
Əmək şəraiti:
İş rejimi: 5 gün/ 09:00 – 18:00;
Əmək haqqı 2500 azn (net) və kollektiv mükafatlar.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda dövlət notbukları və mebelləri ucuz qiymətə satışa çıxarılır

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR