Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89646
az

Dövlət qurumu işçi axtarır - VAKANSİYA

22:3922 May, 2023
1080
ELANLAR
  • A

Dövlət qurumu

Satınalma üzrə baş mütəxəssis
 

Son tarix 22 iyn 2023 - [email protected]

Vəzifə funksiyaları:
Müəssisənin fəaliyyətinin təşkil edilməsini təmin etmək üçün təsərrüfat, maddi-texniki məsələlərinin araşdırılmasını, mövcud bazar qiymətlərinin müəyyən edilməsi, əlverişli şərtlərin aşkar edilməsi üçün lazımi tədbirləri həyata keçirmək;
Sifarişlərin qəbulu, təhlilini aparmaq, əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək və tədarük prosesində iştirak etmək;
Tədarükçülərin araşdırılmasını, əlaqələrin yaradılmasını, sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasını təmin etmək;
Təchizat/satınalma müqavilələrin bağlanmasını və icrası uçotunun aparılmasını təmin etmək;
Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasını aparmaq, təchizatçılarla qiymət təkliflərini şirkətin siyasətinə uyğun aparmaq;
Təchizat proseslərinin gedişatı haqqında həftəlik, aylıq hesabatların hazırlanmasını təmin etmək;
Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi və bençmarkinq (müqayisə), eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarını təqdim etmək;
Xərclərin azaldılması məqsədilə yeni təkliflər vermək;
Şöbənin müvafiq texniki təminatını təmin etmək üçün təmir və texniki xidmət üzrə iş sifarişlərini təqdim etmək;
Şirkətdaxili formalaşdırılmış sifarişləri anbar ehtiyatları ilə müqayisə edib aidiyyatı şöbələri məhsullarla təmin etmək;
Satınalma ilə bağlı tenderlərin təşkili və nəzarəti prosesini həyata keçirmək;
Təchizatla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.
Vəzifənin tutulmasına dair tələblər: 
Yaş həddi: 25-45
Təhsil : Ali texniki
İş təcrübəsi: Müvafiq sahədə 3 il 
Azərbaycan dili (sərbəst), ingilis dili (yaxşı) və rus dili (yaxşı);
Kompüter bilikləri: “Microsoft Office” proqramları (Excel, Word, Powerpoint;) əla səviyyədə; 
Dövlət satınalmaları haqqında qanunvericiliyi bilmək;
Tender satınalma təchizat portalında işləmək bacarığı;
Tender layihələrində iştirak;
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və səriştələr:
İntizamlılıq, dəqiqlik 
Ünsiyyət qurma bacarığı və detallara fikir vermək qabiliyyəti;
Operativlik, çeviklik;
Təşkilatçılıq və koordinasiya etmə bacarığı.
İş şəraiti:
İş qrafiki: 5 günlük (09:00-18:00)
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 7 ci köndələn (Ulduz metro stansiyası yaxınlığı)
Servis müəssisə tərəfindən təmin edilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə baş mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Azərbaycanda dövlət notbukları və mebelləri ucuz qiymətə satışa çıxarılır

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO