Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89360
az

Şərqi Zəngəzurda işləmək üçün - İŞÇİLƏR AXTARILIR

11:2818 May, 2023
848
ELANLAR
  • A

Şərqi Zəngəzur İqtisadi Rayonunda "1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs

Planlama mühəndisi

Son tarix 06 iyn 2023 - [email protected]

Vəzifə funksiyaları:
Layihələrin planlaşdırılması (layihələrin ana və detallı iş qrafiklərinin hazırlanması); 
Mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək; 
Layihənin material, maşın-mexanizm, işçilik ehtiyaclarını müəyyən etmək, ehtiyac hesabatlarını hazırlanmaq və icrasına birbaşa nəzarət etmək; 
Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatlarının hazırlanması, hesabatın baş layihə menecerinə ötürülməsi və Primavera 6 proqramına daxil edilməsi və yenilənməsi; 
Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalını qiymətləndirməsi;
Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi və bu səbəblərin aradan qaldırılması üçün inşaat mühəndisləri ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlamaq; 
Podratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət. 
  Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
Tikinti sahəsi üzrə 3 ildən az olmayan iş təcrübəsi;
Müvafiq sahə üzrə ali təhsil;
Kompüter bilikləri: MS Office (xüsusilə, MS Excel, MS Word, MS PowerPoint), MS Project, Primavera 6 proqramında səlis işləmə bacarığı, AutoCAD arzuolunandır;
Ezamiyyələrə hazırlıqlı olması.
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 5 İyun 2023-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Planlama mühəndisi” qeyd etməklə göndərəsiniz.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

 

Smeta mühəndisi
 Son tarix 06 iyn 2023  - [email protected]

Vəzifə funksiyaları:
Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
Tikinti-quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsini təmin etmək;
Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
Smeta sənədlərinin uçotunu aparmaq;
Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
Smetaların bazar qiymətlərini araşdırmaq;
Sahələrdən gələn texniki hesabatları yoxlamaq (Forma 2, Forma 3).  
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
Müvafiq sahə üzrə ali təhsil;
Tikinti sahəsi üzrə ən azı 5 il iş təcrübəsi;
Tikinti normativ sənədlər barədə biliklər;
Dil bilikləri: Azərbaycan dili - səlis, Xarici dil biliyi arzuolunandır;
Kompüter bilikləri: MS Office, AutoCAD;
Ezamiyyələrə hazırlıqlı olması.
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 5 İyun 2023-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Smeta mühəndisi” qeyd etməklə göndərəsiniz.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada işləmək üçün işçi axtarılır- VAKANSİYA
İşçi tələb olunur: Maaş 1800 AZN + BONUS

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü