Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89207
az

Təcili işçi tələb olunur:2000 AZN

12:3516 May, 2023
577
ELANLAR
  • A

Ramco CJSC

Texniki ofis mühəndisi
 

Son tarix 15 iyn 2023 - [email protected]

Namizədə olan tələblər:   
Mühəndislik sahəsi üzrə ali təhsil;  
Texniki şöbədə minimum 5 il iş təcrübəsi; 
İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, AutoCAD,);  
Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilməli;  
Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli; 
Tikinti sahəsi üzrə normativ sənədlər və texnologiyalar üzrə müvafiq biliklərə malik olmaq; 
Dil bilikləri: Azərbaycan və rus dilləri (yazılı və şifahi sərbəst ünsiyyət), İngilis dili (üstünlükdür); 
Yaxşı ünsiyyət qura bilmək bacarığı,analitik qabiliyyət; 
Ezamiyyətlərə hazırlıqlı olması;  
Müstəqil iş bacarığı,işində məsuliyyətlilik.  
Vəzifə öhdəlikləri:  
Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edilməsi;  
Yol-inşaat materialların, konstruksiyaların və məmulatların araşdırılmasını təmin etmək; 
Materialların qəbul olunmasını və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil etmək; 
Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət edilməsi; 
Tikinti sahəsi üzrə texniki sənədləşməniin əldə edilməsində iştirak etmək,obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması,layihələndirmə üzrə tapşırıqların tərtib edilməsi;  
Layihə sənədlərinə,tikinti norma və qaydalarına,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;  
Layihə üzrə görulən işlərin iş planının hazırlanması,layihə işləri üzrə tapşırıqların icrası haqqında hesabatların tərtib edilməsi;  
Tikinti sahəsi üzrə Forma 2, Forma 3 və Forma M-29 tərtibatı;  
Tikintisi başa çatmış sahələr üzrə xərclərin silinməsi üçün mühasibatlığa lazımı sənədlərin təqdim edilməsi;  
Qiymətləndirmə üçün hesabatların aparılması;    
Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirilməsi.  
İş şərtlərimiz:
Əmək haqqı: 2000 AZN;  
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30.   
Ünvan: Yasamal ray., Mətbuat pros., Mirəli Seyidov küçəsi 2830 (21 nömrəli məktəbin yaxınlığı).      

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Texniki ofis mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.     

 

Planlama mühəndisi
 Son tarix 15 iyn 2023 [email protected]

Namizədə olan tələblər:   
Mühəndislik sahəsi üzrə ali təhsil;  
Planlaşdırma mühəndisi vəzifəsində, inşaat sektorunda ən azı 3 illik təcrübə;
Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili arzuolunandır; 
Layihə Planlama Proqramları (Primavera) üzrə peşəkar biliklər; 
Bir neçə tapşırığı eyni zamanda görə bilmək və stress altında işləyə bilmək bacarıqları; 
Güclü analitik və məntiqi düşünmə bacarıqları; 
İşgüzar səfərlərə ezam olunmaq imkanı. 
Vəzifə öhdəlikləri:  
Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);  
Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması; 
Xüsusi proqram vasitəsi ilə (Primavera P6) iş həcmi və son tarixləri əhatə edən tikinti layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması; 
Tender sənədlərinin hazırlanmasında iştirak etmək;  
Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi; 
Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün inşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;  
İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;  
Layihə üzrə material, maşın-mexanizm, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət; 
Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması; 
Pul axını üzrə analiz və proqnozların hazırlanması.   
İş şərtlərimiz:
Əmək haqqı: 2000 AZN;  
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30.   
Ünvan: Yasamal ray., Mətbuat pros., Mirəli Seyidov küçəsi 2830 (21 nömrəli məktəbin yaxınlığı).      

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Planlama mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.      

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşçi tələb olunur: Maaş 1800 AZN + BONUS

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü