Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89151
az

İşçi tələb olunur: Maaş 1500 manat

15:4015 May, 2023
584
ELANLAR
  • A

Performance Center Co

Qeydiyyatçı
Son tarix 10 iyn 2023 - [email protected]

Vəzifə öhdəlikləri:
Avtosalona daxil olan müştərilərin qarşılanması və yönləndirilməsi;
Səlahiyyətləri çərçivəsində ünvanlanan sualların cavablandırılması;
Daxil olan telefon zənglərinin cavablandırılması, müvafiq şəxslərə ünvanlandırılması;
Sənədlərin filiallar üzrə göndərişinin təmin edilməsi.
Namizədə bağlı tələblər:
Ali təhsil
Cins: Qadın
Yaş: 21-30
Ofis proqramları və avadanlıqları ilə işləmə bacarığı;
Sənədləşmə və qeydiyyat işini sərbəst bilməli.
 İş Şəraiti:
Həftədə 5 iş günü, İş saatı 09:00-18:00
Əmək haqqı: 500 AZN və əlavə bonus
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Qeydiyyatçı (Reception)” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Satınalma mütəxəssisi (avtomobil ehtiyat hissələri üzrə)
 Son tarix 10 iyn 2023 [email protected]

Vəzifə öhdəlikləri:
Ehtiyat hissələri şöbəsindən daxil olan satınalma sorğularının təhlili və qiymət araşdırılması;
Daxili bazardan təchizatçının seçilməsi və uyğun qiymət və ehtiyat hissəsinin alınıb ən qısa zamanda çatdırılmasını təmin etmək
Avtomobil ehtiyat hissələri satış nöqtələrinin reyestr bazasının tərtibi;
Avtomobil ehtiyat hissələri bazarının təhlili və müntəzəm monitorinqi;
Dövri hesabatların hazırlanması;
Tələblər:
Ali təhsil;
Yaş həddi: 25-35;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dilləri arzuolunandır;
1C proqramında sərbəst işləmə bacarığı;
Microsoft Excel yüksək səviyyədə bilməli;
Komanda ilə işləmək qabiliyyəti;
Avtomobil ehtiyat hissələri haqqında dolğun məlumatın olması;
Ehtiyat hissələri bazarını bilməli
Yaxşı münasibət qurma və danışıq bacarığı;
Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş şərtləri:
İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
Əmək haqqı: 1000-1200₼
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini  məktubun mövzu hissəsində “Satınalma mütəxəssisi (avtomobil ehtiyat hissələri üzrə)” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Xarici satınalma mütəxəssisi (avtomobil ehtiyat hissələri üzrə)
 Son tarix 10 iyn 2023 [email protected]

Vəzifə öhdəlikləri:
Ehtiyat hissələri şöbəsindən daxil olan satınalma sorğularının təhlili və qiymət araşdırılması;
Xarici bazarlardan təchizatçının seçilməsi və uyğun qiymət və ehtiyat hissəsinin alınıb ən qısa zamanda optimal çatdırılma üsulundan istifadə edərək çatdırılmasını təmin etmək
Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
Yeni tədarükçülər ilə müqavilələrin hazırlanmasını təmin etmək
Tələb olunan malların (1C) proqramında düzgün, operativ və əhatəli şəkildə sifariş orderlərini (PO) tərtib etmək
Təchizatçıların reyestr bazasının tərtibi;
Avtomobil ehtiyat hissələri bazarının təhlili və müntəzəm monitorinqi;
Dövri hesabatların hazırlanması;
Tələblər:
Ali təhsil;
Yaş həddi: 25-35;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan və ingilis dilləri səlis, rus dili arzuolunandır;
1C proqramında sərbəst işləmə bacarığı;
İncoterms şərtlərini bilməli
Müqavilə tərtibində və idarə edilməsində təcrübə arzuolunandır
Microsoft Excel yüksək səviyyədə bilməli;
Komanda ilə işləmək qabiliyyəti;
Avtomobil ehtiyat hissələri haqqında dolğun məlumatın olması;
Ehtiyat hissələri bazarını bilməli
Yaxşı münasibət qurma və danışıq bacarığı;
Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş şərtləri:
İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
Əmək haqqı: 1200-1500₼
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini  məktubun mövzu hissəsində “Xarici satınalma mütəxəssisi (avtomobil ehtiyat hissələri üzrə)” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşçi tələb olunur: Maaş 1800 AZN + BONUS

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü