Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82262
az

"Azersun Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR

21:4709 Fevral, 2023
314
ELANLAR
  • A

Azersun Holding

Logistika planlama üzrə mütəxəssis

 Son tarix 06 mar 2023 [email protected]

Tələblər:
Logistika, iqtisadiyyat, planlama və yaxın sahələr üzrə ali təhsil;
Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
Logistika sistemini yaxşı tanımalı;
Anbarlama, nəqliyyat və daşıma fəaliyyətlərini bilməli;
Tədarük zənciri proseslərini yaxşı tanımalı;
Yerli və xarici tədarükçüləri tanımalı;
Planlama və performans qiymətləndirmə və ölçmə prinsiplərini bilməli.
Vəzifə izahatı:
Şirkət strategiyası və fəaliyyətlərinə uyğun logistika xidmətlərini planlamaq;
Müştərilərdən gələn sifarişləri qəbul etmək, qeydiyyatını aparmaq, sifarişləri aidiyyatı bölümlərə bildirərək lazım olan koordinasiyanı təmin etmək; 
Gələn sifarişin ən doğru formada planlanması üçün ERP vasitəsi ilə gərəkli olan hesablamaları həyata keçirmək;
Stok nəzarətini icra etmək və varsa əskiklərin aradan qaldırılmasını təmin etmək;
Gələn sifariş miqdarına görə zaman və resurs planlamasını həyata keçirmək;
Sifarişin durumuna nəzarət etmək və buna bağlı çatdırılma işlərinin müştərinin istəyi istiqamətində icra edilib edilmədiyini yoxlamaq;
Sifariş prosesində aidiyyatı bütün bölümlərin performanslarını yoxlamaq və buna bağlı məlumatlandırmaları etmək;
Doğru KPİ -lar paketi hazırlayaraq rəhbərliyə təqdim etmək, həmçinin performans qiymətləndirmə nəticələrini izləmək;
Dövri anbar sayımlarını planlamaq və sayım proseslərinin aparılması üçün müraciət etmək;
Sayımların şirkət tərəfindən müəyyən olunan düzgünlük qaydalarına uyğun olmasını izləmək;
Anbar proseslərinin müəyyən olunmuş planlara uyğun olmasını izləmək;
Geri qaytarma və məhv etmə (iadə -imha) proseslərini izləmək;
İşçi, anbar və avadanlıqların illik texniki xidmət planını hazırlamaq;
Çatdırılma və anbar maliyyə xərclərini planlamaq;
Anbar funksiyalarının daha sürətli və təhlükəsiz icrası üçün rəhbərliyə təkliflər vermək.
İş şərtləri: Həftəiçi 5 gün, saat 09:00-18:00-dək

İş yeri: Bakı şəh., Binəqədi ray., Dərnəgül qəs. 108.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin “Logistika Planlama üzrə mütəxəssis” qeyd olunmalıdır) göndərə bilərlər və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər. 

 

Satış üzrə Bölmə rəisi (Bölgə)
 Son tarix 06 mar 2023 [email protected]

Tələblər:
İqtisadiyyat sahələrində ali təhsilli olmalı
Qida və ya Qeyri qida satış  və idarəçilik sahəsində ən az 3 il tərcübəsi olmalıdır
İngilis və rus dillərini bilməli
MS Office, SAP proqram bilgiləri olmalı
B kateqoriyalı avtomobil idarə etməyi bacarmalı
Ünsiyyət qurmaq, inandırmaq qabiliyyəti, səlist danışma bacarığı olmalıdır
Liderlik qabiliyyəti olmalıdır
Vəzifə Öhdəlikləri:
Ərazi daxilində (ölkə daxili) müvafiq məhsulların satışının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi.
Tabeçiliyində olan işçilərin iş planının və günlük proqrama uyğun olaraq çalışıb-çalışmadıqlarının kontrolu.
Ekspeditorlar və baş ekspeditorlar arasında hədəf bölgüsünün edilməsi və reallaşmasının kontrolu.  
Tabeçiliyində olan işçilərin satış hədəflərinə çatması üçün həvəsləndirmək.
Şəxsi performansı zəif olan işçilər ilə əraziyə çıxaraq yerindəcə lazımi yönləndirmələrin edilməsi.
Rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatların dəyərləndirilməsi və müvafiq şöbələr ilə görüşərək tədbir görülməsi üçün təkliflər verilməsi.
Bazardakı məhsul hərəkətlərinin araşdırılması, lazımi hallarda tədbirlərin başladılması üçün rəhbərə müraciət edilməsi.
Müştəri üzrə məhsul penetrasiyasının aylıq kontrolu lazım olduqda raport vermək.
Tabeçiliyində olan işçilərin fəaliyyətlərinin yaxından kontrol edilməsi, onların performansına uyğun olaraq mükafatlandırma və ya tənbeh prosedurlarının həyata keçirilməsi.
Satış nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həll edilməsi.  
Müştərilər üzrə aylara görə müqayisəli satış hesabatlarının hazırlanması və analiz edilməsi.
Ekspeditorların ziyarət və satış uğuru faizlərinin həftəlik olaraq kontrolu.
Satışların artması və ya azalması halında analizlər edilərək lazımi tədbirlərin görülməsi.  
Müqayisəli satış və pazar payı hesabatlarının yoxlanılması. Yeni məhsulların ən qısa zamanda hədəflənən bütün satış nöqtələrinə penetrasiyasının təşkili.  
Yeni işçilərin şirkət prosedurlarına uyğun olaraq həm bazarda, həm də ofis daxilində tədrisinin təşkili.
Ekspeditorlar və baş ekspeditorlar üzrə ərazi bölgüsünün edilməsi, lazımi hallarda ərazi məlumatlarına dəyişiklik edilməsi.
İşçilərin geyim qaydalarına və işə davamiyyətinə nəzarət etmək.
İşçilərin işlərinin, nizam-intizamının, bazara çıxış və geri dönüşünün, həmçinin zamanlarının səmərəli istifadə etmələrini kontrol etmək.  
Müştəri borclarını mühasibatlıq məlumatları ilə qarşılaşdırıb kontrol edilməsi. Hər 3 aydan bir bütün borcların rəsmi olaraq üzləşməsini etmək. Müştərilərdəki borcların alınması
İş şəraiti:
İş qrafiki: həftə içi 5 gün
İş yeri:
Lənkəran (Lənkəran, Masallı, Cəlilabad rayonlarında yaşayan namizədlər)

Biləsuvar (Cəliləbad, Biləsuvar, Salyan rayonlarında yaşayan namizədlər)

Bərdə (Bərdə, Yevlax rayonlarında yaşayan namizədlər)

Kürdəmir (Kürdəmir, Göyçay, İsmayıllı rayonlarında yaşayan namizədlər)

Gəncə (Gəncə, Yevlax, Mingəçevir şəhərlərində yaşayan namizədlər)

Şəmkir (Şəmkir, Qazax, Tovuz rayonlarında yaşayan namizədlər)

Tovuz (Şəmkir, Qazax, Tovuz rayonlarında yaşayan namizədlər)

Şəki (Şəki, Balakən, Zaqatala, Qax rayonlarında yaşayan namizədlər)

Xaçmaz (Xaçmaz, Quba rayonlarında yaşayan namizədlər)

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Satış Bölmə Rəisi (Bölgələr)” qeyd etməyiniz xahiş olunur.

 

Brend meneceri
 Son tarix 06 mar 2023 [email protected]

Tələblər:
Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahədə sahədə Ali təhsil
Ən azı 2 il Marketinq sahəsində olmaqla, Satış, Ticarət və Marketinq sahəsində 6 il iş təcrübəsi;
Brendin fərqli marketlərə integrasiyasının təmin olunması sahəsində təcrübə;
Markanın başladılması (Brand Launch), məlumatlılığının yaradılması (Brand Awareness) haqqında təcrübələr arzuolunandır;
SMM fəaliyyəti və bazar araşdırması praktikası arzuolunandır;
MS Office bacarıqları (Xüsusilə Excel və Power Point);
Analitik düşüncə qabiliyyəti.
Vəzifə Öhdəlikləri:
İllik satış və marketing büdcələrinin hazırlanmasında iştirak edir;
Təsdiqlənən illik fəaliyyət planı çərçivəsində üzərinə düşən çalışmaları icra edir;
Hədəf qrupunun (target group) xüsusiyyətlərini araşdırır, onların satınalma davranışlarını izləyir, yeni istehlakçı sinfinin yaradılması istiqamətində təkliflər hazırlayır;
Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparır;
Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini verir;
Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirir;
 Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə aparılmasına nəzarət edir;
 Reklam (TV, açıq hava, radio, mətbuat) briflərini, POP materiallarını, satış promo materialların ilkin variantlarını hazırlayır və işin gedişatına nəzarət edir.
İş şəraiti: İş qrafiki: həftə içi 5 gün
İş yeri: Bakı (Baş ofis)

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Brend meneceri” qeyd etməyiniz xahiş olunur.

 

Proqramlaşdırma üzrə aparıcı mütəxəssis
 Son tarix 06 mar 2023 [email protected]

Tələblər:
Ali təhsilli (Kompüter mühəndisliyi, Tətbiqi riyaziyyat, Riyaziyyat, Proqramlaşdırma) olmalı; 
Analitik düşünmə, iş planlama, problemə həll yönümlü yanaşma qabiliyyətləri olmalı;
Stress altında işləmə bacarığı olmalı;
Proqramlaşdırmanın əsaslarını bilməli ( PL/SQL, T-SQL) bilməli
Verilənlər bazası,tətbiqin inkişafı üzrə biliklər və SQL-in inkişafında praktiki iş təcrübəsi olmalı;
HTML CSS, JavaScript, jQuery biliklerinin olması üstünlükdür. 
Azərbaycan və ingilis dili bilikləri olmalı;
Fərdi və komandada işləmə bacarığı olmalı.
İş haqqında məlumat:
SAP sistemlərini dizayn etmək, inkişaf etdirmək, tətbiq etmək, dəstək göstərmək üçün funksional komandalarla işləmək;
SAP ilə əlaqəli yeni layihələrdə yeni tətbiq və ya həllərin dizaynı və inkişafı üçün layihə qrupları ilə işləmək;
Funksional komanda tərəfindən hazırlanmış funksional spesifikasiyalara əsaslanan biznes problemlərini həll etmək üçün proqramlaşdırma həlləri hazırlamaq;
Tələbləri toplamaq, həlləri layihələndirmək, müxtəlif obyektləri inkişaf etdirmək, həlləri sənədləşdirmək və sınaqdan keçirmək, tətbiqləri dəstəkləmək və produktiv  dəstəyini yerinə yetirmək;
İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. 

Email-in mövzu hissəsində “Proqramlaşdırma üzrə aparıcı mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

IT avadanlıqlarının təchizatı üzrə kiçik mütəxəssis
 Son tarix 06 mar 2023 [email protected]

Tələblər:
Ali təhsilli olmalı;
Müvafiq sahədə təcrübəsi olması üstünlükdür;
IT avadanlıqlarından anlayışlı olmalı;
Dəqiq və məsuliyyətli olmalı;
Təqib və ünsiyyət bacarıqları olmalı.
İş haqqında məlumat: 
IT anbarında malların qəbulu, saxlanması, hazırlanması, təslim edilməsi və siyahıya almasıyla bağlı bütün fəaliyyətlərin tam və koordinasiyalı şəkildə idarə edilməsi;
Şirkət üçün alınan IT cihazlarının tələbinin açılması, gələn malların sənəd və fiziki uyğunluğunu  kontrolu;
İstifadə edilən  avadanlıqların uyğun şöbələrə xərclərin göndərilməsi;
Gündəlik anbar hərəkətlərinə mütamadi olaraq nəzarət edilməsi, faktiki və sistem üzərindən  məhsulların anbar giriş çıxışlarının həyata keçirilməsinin təmin edilməsi;
Anbar ehtiyatını sağlam şəkildə izləyərək, ehtiyac olan avadanlıqların IT rəhbərliyinin tələbləri əsasında satınalma tələblərinin açılması və təqib edilməsi;
Yeni IT avadanlıqları üçün inventar nömrəsinin tələbi açılması və təqibi;
İstifadə müddətini başa vurmuş inventarların adidiyyatı üzrə təhvil verilməsi;
Şirkətdə şöbələr arasında İT cihazlarının yer dəyişməsi zaman müvafiq sənədləşmə işlərinin təqibi;
Xidmət aldığımız kənar şirkətlərdən aylıq təqdim edilən hesab-fakturaları kontrol etməli və ödənişin həyata keçirilməsi üçün mühasibata göndərilməsi;
Şirkət xaricindəki qurumlarla olan müqavilərləri arxivləşdirilməsini icra edilməsi;
IT anbarının daim aktual halda tutulması;
Avadanlıqların  ehtiyatı bitmədən  sifarişini açılması;
İşdən ayrılan işçilərin IT cıhazlarını mütləq təslim alınması;
İş qrafiki: həftə içi 5 gün

İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “ IT avadanlıqlarının təchizatı üzrə kiçik mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...