Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80061
az

"Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR

00:3204 Yanvar, 2023
593
ELANLAR
  • A
Azersun Holding
 
Müsahibəçi (intervyuer)
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
 
Tələblər:
Natamam ali təhsil
18-35yaş xanım namizədlər
Azərbaycan dilində sərbəst danışıq və fikrini aydın izah etmə bacarığı olmalı;
Səbrli və nəzakətli olmalı;
Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı olmalı;
Komanda ilə çalışmağı bacarmalı;
Könüllülük təcrübəsi olması üstünlükdür.
İş haqqında məlumat:
Bakı və Gəncə şəhərlərində müxtəlif layihələr çərçivəsində fərqli mövzularda fərdi yaşayış və qeyri-yaşayış ünvanlarında şəxslərdən üz-üzə müsahibə götürmək (planşet vasitəsilə).
İş yeri: Səyyar (şəhərin müxtəlif əraziləri)
İş saatları: günlük 5-6 saat (razılaşdırılmış qrafiklə)
Əmək haqqı fərdi görülmüş işin həcmindən (anket sayı) asılı olaraq xidməti müqaviləyə əsasən ödənilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
 
Email-in mövzu hissəsində “Müsahibəçi (intervyuer)"qeyd etməyiniz xahiş olunur.
 
 
 
Baş Mühasib (Xaçmaz)
 Son tarix 19 yan 2023 [email protected]
 
Ümumi məlumatlar: 
Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
Baş mühasib kimi ən azı 2-3 il iş təcrübəsi;
Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
İş haqqında:  
Vergi, statistika və DSMF hesabatların hazırlanması;
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
İş şərtləri:
Həftə içi 5 gün, 09:00-18:00
Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
Ünvan: 
Qafqaz Konserv Zavodu MMC (Xaçmaz şəhəri).
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
 
Email-in mövzu hissəsində “Baş mühasib” və işləmək istədiyiniz bölgənin adını qeyd etməyiniz xahiş olunur.
 
 
 
Satınalma üzrə mütəxəssis
 Son tarix 19 yan 2023 [email protected]
 
Tələblər:
Ali təhsilli olmalı;
Satınalma sahəsində ən azı 3 illik iş təcrübəsi olmalı;
Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;
Excel biliyi yaxşı səviyyədə olmalı;
Analiz etmə bacarığına sahib olmalı;
Ölkə xarici ezamiyyətə gedə bilməlidir.
İş haqqında:
Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
Açılmış sifariş formalarının analizi,  Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək,
Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
Təchizatçıların seçimi və qiymətləndirilməsi, Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
İş şərtləri:
Həftə içi 5 gün
İş yeri:
Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
 
Email-in mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
 
 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şirkət Qarabağda işləmək üçün işçilər axtarır - VAKANSİYALAR
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Bakıda dəhşətli anlar: Qadını maşın belə vurdu (18+)
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib