Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75065
az

Məşhur şirkətə işçilər axtarılır - VAKANSİYA

21:2116 Oktyabr, 2022
290
ELANLAR
  • A

Vakansiya1: Mühasib-xəzinədar (Qazax)
Tələblər:
Mühasibatlıq və ya maliyyə ixtisası üzrə tam ali təhsil (magistr dərəcəsi olması arzuolunandır);
Mühasib kimi 2 il iş təcrübəsi;
Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
MS Office, 1C, BTP, EVHF hesabatları yaxşı səviyyədə bilməli;
ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyyə modulu ilə çalışa bilməli.
İş haqqında:
Vergi, statistika və DSMF hesabatların hazırlanması;
Maliyyə, büdcə, maya dəyəri hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib edilməsi, düzgünlüyünün analizi və təqdim edilməsi;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi.
Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanması.
İş şərtləri:
Həftə içi 5 gün, 09:00-18:00
İş yeri: Qazax rayonu

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə "Mühasib-xəzinədar (Qazax)" yazaraq göndərə bilər və ya və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsinə "Mühasib-xəzinədar (Qazax)" qeyd etməyiniz xahiş olunur.

 

Vakansiya 2: Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis (Bazarstore)

Tələblər:
Qida Mühəndisi, Kimya mühəndisliyi, Aqronomluq ixtisasları üzrə ali təhsilİ olmalı;
MS Office proqramlarını bilməli;
Meyvə-tərəvəz sahəsində təcrübəsi olanlara üstünlük verilir.
Öhdəliklər:
Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO 22000/2015- 9001) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etməli;
Depoda meyvə-tərəvəz məhsullarının qəbulu zamanı saxlanma şəraiti, satışa yararlılığına nəzarət etməli;
Tədarük edilən malların kimyəvi, fiziki, mikrobioloji tərkibinin və orqanoleptik parametrlərinə görə yoxlanılmalı;
Tədarük edilən malların keyfiyyət standartlarına uyğunluğunun yoxlanmalı;
Tədarük olunacaq malların keyfiyyəti ilə bağlı uyğunsuzluqların təsbit edilməli;
Tədqiq sonrası hesabat hazırlamaq, əlaqədar müəssisə rəhbərinə göndərməlidir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “ Bazarstore - Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

 

Vakansiya 3: Bioloq (Kürdəmir)

Tələblər:
Biologiya, mikrobiologiya, biokimya və tibb sahəsində ali təhsil;
Müvafiq sahədə iş təcrübəsi olması üstünlükdür;
MS Office və Outlook proqramlarından istifadə edə bilməli;
İngilis dili bilməli, Rus dili (arzuolunandır).
Diqqətli və məsuliyyətli olmalı.
İş haqqında:
Qida məhsullarında, ərzaq xammalında və qatqı maddələrində mikrobioloji analizləri aparmaq;
İstehsalatın sanitar-gigiyena şəraitinə nəzarət etmək;
Keyfiyyətə Nəzarət Planına uyğun istehsalat sahələrindən nümunələr götürmək;
İstifadəsində olan cihaz, avadanlıqların kalibrasiyasını (nizamlanma) və periodik qulluğunu təmin etmək;
Laboratoriyada təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını yerinə yetirmək;
Mikrobioloji analizlərin nəticələrini rəhbərliyə təqdim etmək, uyğunsuzluq olduğu təqdirdə istehsalı dayandırmaq.
İş şərtləri: Həftə İş qrafiki 09.00-18.00
İş yeri: Kürdəmir rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsinə "Bioloq (Kürdəmir)" qeyd etməyiniz xahiş olunur.

 

Vakansiya 4: Keyfiyyətə nəzarət üzrə mühəndis (İstehsalat)

Tələblər:
Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olmalı;
Kimya mühəndisliyi;
Mexanika mühəndisliyi,
Proseslərin avtomatlaşdırılması mühəndisliyi;
Neft qaz mühəndisliyi.
Araşdırma və analizetmə bacarığı olmalı;
Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
MS Office (Word, Excel) proqramlarında istifadə etməyi bacarmalıdır.
İş haqqında məlumat:
İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərinalınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələrini standartlarla müqayisə edilməsi;
İstehsalat prosesinə nəzarətin həyata keçirilməsi.
İş yeri: Sumqayıt,İmişli,Kürdəmir,Lənkəran 

Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Növbəli iş rejimi.

Qeyd: Tələbdə göstərilən hər hansı bir ixtisas üzrə məzun olan və sahə üzrə təcrübəsi olmayan namizədlər də müraciət edə bilərlər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı “Keyfiyyətə nəzarət üzrə mühəndis(İstehsalat) qeyd edərək göndərə bilər və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

 

Vakansiya 5: Brand Manager

Tələblər:
Ali təhsilli olmalı (marketinq ixtisası üzrə təhsili olması üstünlükdür);
Məhsul Marketinq (FMCG) sahəsi üzrə 2-3 il təcrübəsi olmalı;
MS Office proqramlarından istifadə etməyi bacarmalı;
İngilis dili biliyi yaxşı və Rus dili biliyi orta olmalı;
Analitik düşünmə qabiliyyəti olmalı;
Komanda ilə işləmək bacarığı olmalı;
Punktual olmalı;
Öyrənməyə həvəsi olmali.
İş haqqında:
Brendlerə/Məhsullara marketinq planı hazırlanması;
Bazar araşdırma, məhsul inkişaf etdirmə, ictimai açıqlamaların hazırlanması;
Açılış planlarının hazırlanması ve həyata kecirilməsinin təmin edilmesi;
Məhsul büdcələrinin kontrol və təqib edilmesi;
Satış kanallari ziyarətlərinin həyata keçirilməsi və hesabatlarının və dövri hesabatların hazırlanması
Məhsul qrupları üzrə reklam və aksiyalarla bağlı lazımi hesabatları verilmesi;
Çalışdığı departamentin fəaliyyətinin fasiləsiz olması üçün gərəkən bütün vəsaitlərin təmin edilməsi.
İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00

İş yeri: Bakı Şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Brand Manager” qeyd etməyiniz xahiş olunur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Azərbaycanda dövlət notbukları və mebelləri ucuz qiymətə satışa çıxarılır

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər