Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74695
az

DİQQƏT! Müdafiə Nazirliyi məlumat yaydı: 30 yaşınadək kişilərin nəzərinə

09:5905 Oktyabr, 2022
1472
ELANLAR
  • A
Azərbaycan Ordusunun ehtiyat zabit hazırlığı kursuna növbəti qəbul başlayıb. Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib. "Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vuram, ali təhsilli, 30 yaşınadək namizədlər oktyabrın 22-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. Ehtiyat zabit hazırlığı kursuna qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndəriləcəklər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılacaqlar. Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul ediləcəklər. Ehtiyat zabit hazırlığı kursunu müvəffəqiyyətlə başa vuran kursantlara "leytenant" hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanacaq və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunacaqlar", - məlumatda qeyd edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Azərbaycanda dövlət notbukları və mebelləri ucuz qiymətə satışa çıxarılır

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi