Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72534
az

TƏCİLİ ELAN! İşçilər tələb olunur: MAAŞ 1200 AZN

23:4429 İyul, 2022
706
ELANLAR
  • A

Buta Agro

İnsan Resurslari üzrə Mütəxəssi̇s (Zi̇rə Qəsəbəsi̇)
 

 Son tarix 29 avq 2022 - [email protected]

Vəzifə haqqında məlumat:
Zirə Pomidor İstixanasında İşə qəbul, işdən azad və günlük sənədləşmə proseslərini icra edir. İşçilərin gündəlik dəvamiyyətini izləyir, aylıq iş qrafiklərinin hazırlanmasını təşkil edir. Aylıq tabel uçot sənədləşmələrini icra edir. İşçilərə əmək haqqı kart sifarişlərini keçir və müddəti bitən əmək haqqı kartlarının yenilənməsini təşkil edir və.d. 

Vəzifə öhdəliyi: 
Əmək Məcəlləsinə, əsasnaməyə və rəhbərin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin, bütün növ məzuniyyətlərin, intizam tənbehlərinin və mükafatlandırılmaların vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi;
Məlumatların Elektron Hökumət Portalına daxil edilməsi;
İşçilərin icbari sığortasının həyata keçirilməsi;
İşəqəbul prosesinin planlaşdırılması və işəgötürmənin təşkil edilməsi;
İşçi ehtiyacının müəyyən edilməsi;
Daxil olan CV-lərin dəyərləndirilməsi;
Uyğun namizədlərlə görüşlərin aparılması və onların dəyərləndirilməsi;
İş yerindən kənar təlim ehtiyaclarının müəyyən edilməsi və müvafiq olduğu təqdirdə təlim mənbələrinin tapılması və onun icrasının dəstəklənməsi;
İşçilərlə bağlı sənədləşmələrin aparılması üçün müvafiq proses və proseduraların hazırlanması və həyata keçirilməsi;
İşçilərin yüksək əmək məhsuldarlığı göstərmələri üçün motivasiya edilməsi;
Yeni əməkdaşların işə adaptasiya dövründə düzgün istiqamətləndirilməsini, İnsan Resursları ilə koordinasiyasını və yaranan problemlərin həllini təmin etmək;
Əmək məhsuldarlığının təhlil edilməsi.
Bacarıqlar:
Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
İşgüzarlıq;
Komandada işləmək bacarığı
MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoit, 1C 8.3)  istifadə bacarıqları
Tələblər: 
Ali təhsil (İqtisadiyyat, Menecment ixtisasları üzrə ) 
Sahə üzrə 1 il iş təcrübəsi 
AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
Dürüst və vicdanlı olmalı;
Təminatlar:
Əmək haqqı: 800 AZN 
Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
İş qrafiki Bazar ertəsi- Cümə günü/ 08:00-17:00, Şənbə günü 08:00-14:00
Vakansiyaya uyğun namizədlər CV-lərini  “İR üzrə mütəxəssis-ZİRƏ” başlığı ilə e-mail ünvanına göndərə bilər. 

Əlaqədar şəxs: Səidə Ağayeva  WhatsApp 050-268-45-95 

Ünvan: Zirə qəsəbəsi, Pomidor İstixana Kompleksi

 

İnsan Resursları üzrə Menecer
 Son tarix 29 avq 2022 -  - [email protected]

Vəzifə haqqında məlumat:
Şöbənin funksional fəaliyyəti ilə bağlı aidiyyatı struktur bölmələrlə qarşılıqlı əlaqələr qurmaq, zəruri sənədlərin yoxlamasını aparmaq, zəruri olan sənədlərin təqdim olunmasını işçilərdən tələb etmək. Əmək Məcəlləsinə, əsasnaməyə və rəhbərin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin, bütün növ məzuniyyətlərin, intizam tənbehlərinin və mükafatlandırılmaların vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi.

Vəzifə öhdəliyi: 
Müxtəlif təyinatlar üzrə əmrlərin hazırlanması və yayımlanmasını həyata keçirir
Mövcud vakansiyalar üzrə namizədləri seçir, müvafiq testlərdən, görüşmələrdən keçirir, uyğun olan namizədi işə qəbul edir.
İşə qəbul sənədlərinin toplanması, yoxlanması, şəxsi işlərin hazırlanması, elektron bazada saxlanmasına nəzarət edir
Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi və işə başladılmasını həyata keçirir
Bölmələrdə həftəlik iş qrafiklərinin hazırlanmasına və işçilərin həmin qrafiklər üzrə işə gəlməsinə nəzarət edir
Ezamiyyətə göndərilən işçilərin sənədlərinin hazırlanmasına, prosedura uyğun olaraq ezamiyyət xərcinin düzgün hesablanmasına, işçi geri qayıtdıqdan sonra isə təsdiqedici sənədlər əsasında xərc hesabatının verilməsinə nəzarət edir.
İşçilərin aylıq tabelinin hazırlanmasına nəzarət edir, ödəniş olunması üçün maliyyə şöbəsinə göndərir
Region  rəhbərləri ilə birlikdə işçilərin məzuniyyət planını hazırlayır, həmin plan üzrə işçilərin məzuniyyətə çıxmasına nəzarət edir:
Şirkət daxili prosedur qaydalarının pozulması hallarının təsbit edir, işçilərin izahatlarının, təqdimatların və komissiya üçün zəruri olan digər məlumatları toplayaraq nizam-intizam komissiyasını təşkil edir, komissiya tərəfindən verilən əmrin icrasını təmin edir:
Vəzifə dəyişikliyi ehtiyaclarını araşdırır, uyğun sənədləşmənin aparılmasına nəzarət edir
Bacarıqlar:
Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
İşgüzarlıq;
Komandada işləmək bacarığı
MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoit, 1C 8.3)  istifadə bacarıqları
Tələblər: 
Ali təhsil (İqtisadiyyat, Menecment ixtisasları üzrə ) 
Sahə üzrə 5 il iş təcrübəsi 
Analitik düşünmə və problemləri həll etmə bacarığı;
Şifahi və yazılı yüksək nitq(natiqlik) qabiliyyəti;
AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
Azərbaycan və rus dili yüksək, ingilis dili orta səviyyədə olmalı;
MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
Məntiqi və strateji analiz qabiliyyəti yüksək olmalı;
Dürüst və vicdanlı olmalı;
Təminatlar:
Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir. 
İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00. İstirahət günləri (şənbə və bazar)
Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
Peşəkar komanda ilə əmək fəaliyyəti və beynəlxalq təcrübəyə yiyələnmək. 
Vakansiyaya uyğun namizədlər  CV-lərini  “İnsan Resursları üzrə Menecer” başlığı ilə e-mail ünvanına göndərə bilər. 

Əlaqədar şəxs: Səidə Ağayeva  WhatsApp 050-268-45-95 

 

Buta Agro

Mühasib

 Son tarix 29 avq 2022 - [email protected]

Vəzifə haqqında məlumat:
Maliyyə intizamının yerinə yetirilməsində və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsi, mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir.  Maliyyə intizamının yerinə yetirilməsində və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. 

Vəzifə öhdəliyi: 
Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət edir, qayimələri, aktları tərtib edir;
İşçilərin əmək haqlarını və digər ödənişlərini hesablayır;
Ezamiyyət hesabatlarının proqrama işlənilməsi və yoxlanılması;
Mal-material, əsas vəsaitlərin hərəkətinə dair məlumatların mühasibat proqramı bazasına əlavə edilməsi;
Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına işləyir;
Təşkilatlara vergi hesab-fakturalarını yazır və təqdim edir;
Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
Digər təşkilatlardan daxil olmuş sənədlərin yoxlayır, müvafiq hesablar planına işləyir;
İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir;
Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir;
Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır,
mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir. 
 Tələblər: 
Ali təhsil (İqtisadiyyat, Mühasibat uçotu, Maliyyə ) 
ACCA (Mühasibat uçotu) sertifikatı 
Elektron Portalda və Vergi Məcəlləsi, Əmək məcəlləsi ilə  işləmək bacarığı
Dil biliyi: Azərbaycan dili və Rus dili (mütləq), İngilis dili (arzu olunan) 
Sahə üzrə 3 il iş təcrübəsi 
Analitik düşünmə və problemləri həll etmə bacarığı;
Şifahi və yazılı yüksək nitq(natiqlik) qabiliyyəti;
AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
Azərbaycan və rus dili yüksək, ingilis dili orta səviyyədə olmalı;
MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
Məntiqi analiz qabiliyyəti yüksək olmalı;
Dürüst və vicdanlı olmalı;
İşə qəbulun təşkili prosesi:
1-ci mərhələdə İQ test olunacaq. Test nəticələri 70%-in üstü olan namizədlər növbəti mərhələyə keçəcək. 
2-ci mərhələdə Baş mühasib ilə görüşüləcək. 
3-cü mərhələdə müəssisə rəhbəri ilə görüş həyata keçirilib, işə qəbul prosesi başladılacaq.
Təminatlar:
Əmək haqqı: 1200 AZN  
İş qrafiki: Həftə içi  5 gün 09:00-18:00. İstirahət günləri (şənbə və bazar) 
Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
Peşəkar komanda ilə əmək fəaliyyəti və beynəlxalq təcrübəyə yiyələnmək. 
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu
Vakansiyaya uyğun namizədlər CV-lərini “Mühasib” başlığı ilə e-mail ünvanına göndərə bilər.

Əlaqədar şəxs: Səidə Ağayeva WhatsApp 050-268-45-95

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Azərbaycanda dövlət notbukları və mebelləri ucuz qiymətə satışa çıxarılır

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO