Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71262
az

"Kontakt Home" işçilər axtarır - VAKANSİYALAR

18:2327 İyun, 2022
491
ELANLAR
  • A

Merçendayzer

 Son tarix 23 iyl 2022 - Müraciət et
 

Vəzifə öhdəlikləri:

Rəhbərlik tərəfindən təyin edilmiş qaydalara riayət olunub-olunmadığının qiymətləndirilməsi üçün mağazaların yoxlanılması, o cümlədən məhsulların düzülüşü, təmizlik, qiymət kağızlarının vaxtında dəyişdirilməsinin yoxlanılması;

Yeni təyin olunan qayda və kampaniyalar haqqında mağaza personalının məlumatlı olub-olmadığını yoxlamaq üçün mağaza personalının sorğu-sual edilməsi;

Məhsulların düzülüşü haqqında mağaza personalına təlimlərin keçirilməsi.

Tələblər:

Müvafiq sahə üzrə iş təcrübəsi: 1 ildən;

Merçendayzinqin əsaslarını üzrə biliklər;

Digər (məsələn, paltar, ev əşyaları və sair qeyri qida məhsullarının satışı) sahələrdə merçendayzer kimi iş təcrübəsi arzu olunandır;

Tez öyrənmək və uyğunlaşmaq bacarığı;

İş ilə bağlı səyahət etmək imkanı.

İş şəraiti:

İş günləri: I-VI günlər;

Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Logistik əməliyyatlar üzrə kiçik mütəxəssis

 Son tarix 23 iyl 2022  - Müraciət et

Vəzifə öhdəlikləri:

Sifariş olunan və daşınan yüklərin qeydiyyatının aparılması;

Daşınma ilə bağlı zəruri sənədlərin toplanması, yoxlanması və aidiyyəti üzrə təqdim olunması;

Yüklərin daşınma xərclərinin qeydiyyatının aparılması;

Daşınma zamanı yaranmış əlavə xərclərin, cərimələrin qeydiyyatının aparılması;

Ödəniş üçün zəruri sənədlərin toplanması və yoxlanılması;

Nəqliyyatçılar, daşıyıcı şirkətlərlə yazışmaların aparılması;

Gömrük prosedurları üçün tələb olunan sənədlərin, nəqliyyat xərcinin təqdim olunması;

Lazımi sənədlərin maliyyə şöbəsinə təqdim olunması və sistemdə ödəniş üçün sorğu göndərilməsi;

Ödənişlərin icrasına nəzarət və bu barədə daşıyıcı şirkətlərə məlumatın təqdim edilməsi;

Sənədlərin əslinin və elektron surətlərinin arxivləşdirilməsi;

Daxil olan sorğular əsasında sənədlərin təqdim olunması, habelə, dövrü olaraq maliyyə şöbəsi ilə ödəniş üzləşmələrinin aparılması;

Bölmə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.

Tələblər:

Ali təhsil (Texniki və İqtisadi sahələr üzrə arzuolunandır);

Səlis Azərbaycan və Rus dili bilikləri, İngilis dili biliyi arzuolunandır;

MS Office, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı;

Verilən tapşırıqları təyin olunmuş zaman kəsiyində icra etmək, yaranmış problemləri operativ həll etmək, eləcə də yüksək ünsiyyət bacarığı;

Punktuallıq və detallara diqqət etmə bacarığı;

Analitik düşünmə və təhlil etmə qabiliyyəti;

Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişləri.

Əlavə üstünlüklər:

AR Gömrük Qanunvericiliyi üzrə biliklər;

Mühasibatlıq və kargüzarlıq sahəsində təcrübə;

Incoterms 2010/2020 bilikləri.

İş şəraiti:

İş günləri: I-V günlər;

İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Korporativ satışlar üzrə aparıcı mütəxəssis

 Son tarix 23 iyl 2022  - Müraciət et

Vəzifə öhdəlikləri:

Sifarişlərin toplanılması, analiz edilməsi, anbar qalığına nəzarətin edilməsi;

Yeni korporaitv müştərilərin cəlb edilməsi, müştəri bazasının genişləndirilməsi;

Məhsulların planlaşdırılması;

Müştərilərin alış  və ödəmə qabiliyyətlərinin təhlil edilməsi;

Hesabatların hazırlanması.

Tələblər:

Ali təhsil;

Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;

Korporativ satışlar üzrə 2 ildən artıq iş təcrübəsi mütləqdir;

Micro və Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);

İnsanlarlarla ünsiyyət qurmaq bacarığı;

Məsuliyyətlilik və stressə davamlılıq.

İş şəraiti:

İş günləri: I-V günlər;

İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

İnstagram hekayə meneceri

 Son tarix 23 iyl 2022  - Müraciət et

Vəzifə öhdəlikləri:

İnstagram sosial şəbəkəsində canlı yayımların edilməsi, hekayələrin yerləşdirilməsi;

İnstagram hekayələri üçün məhsullar haqqında araşdırma edib video kontentlərlərin hazırlanması;

İnstagram hekayələri üçün kreativ video kontentlərin hazırlanması;

Canlı yayım zamanı izləyicilərə məhsulların tanıdılması, məhsullar haqqında ətraflı və doğru məlumatların verilməsi;

Rəhbərlik tərəfindən verilən tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.

Tələblər:

Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;

Səlis və aydın intonasiya ilə danışıq bacarığı;

Xoş səs tonu;

Yüksək ünsiyət qurmaq bacarığı;

Aktivlik, çeviklik və məsuliyyətlilik.

İş şəraiti:

İş günləri: I-V günlər;

İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Hüquq işləri üzrə inzibatçı

 Son tarix 23 iyl 2022  - Müraciət et

Vəzifə öhdəlikləri:

Müxtəlif hüquqi sənədlərin hazırlanması;

Müvafiq məlumat bazasının yaradılması;

Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması.

Tələblər:

Ali təhsil (hüquq təhsili üstünlükdür);

Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;

Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);

Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;

Tələbkarlıq, obyektivlik, məsuliyyətlilik;

Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı);

Komandada işləmək bacarığı.

İş şəraiti:

İş günləri: I-V günlər tam iş günü, şənbə günü qısa iş günü;

600 AZN əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Promo və reklam üzrə mütəxəssis

 Son tarix 23 iyl 2022  - Müraciət et

Vəzifə öhdəlikləri:

Promoterlərin idarə edilməsi;

Flayer paylanmaları zamanı bölüşdürmənin həyata keçirilməsi;

Flayer paylanmalarının düzgün aparılmasının təmin edilməsi;

Mövcud promoter bazasının genişləndirilməsi;

Sorğuların keçirilməsinə nəzarət edilməsi və nəticələrin rəhbərliyə təqdim edilməsi.

Tələblər:

Müvafiq sahə üzrə iş təcrübəsi – 1 ildən;

Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;

Promoter bazasının olması;

Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);

Araşdırma və tədqiqat bacarıqları;

Statistikada nümunələri qeyd etmək bacarığı;

Təşkilati və təqdimat bacarıqları;

Ünsiyyət və komandada işləmək bacarığı.

İş şəraiti:

İş günləri: I-V günlər;

İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Azərbaycanda dövlət notbukları və mebelləri ucuz qiymətə satışa çıxarılır

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı