Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54988
az

İŞ AXTARANLAR DİQQƏTLİ OLSUN! Dövlət qurumuna işçilər lazımdır

21:1805 İyun, 2021
2468
ELANLAR
  • A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu əsasən Bakı şəhərində yerləşən struktur bölmələrindəki vakant vəzifələrə işçi qəbulu üçün müsabiqə elan edir.

Oxu24.com xəbər  verir  ki, Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Namizədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az saytı vasitəsi ilə e-xidmətlər bölməsində “Dövlət Sosial Müdafiə Fondunun vakansiyalarına müraciət” pəncərəsinə daxil olaraq müraciət edə bilərlər.

Onlar işə qəbul üçün müraciət vərəqini nümunəyə uyğun formada doldurub skan etməli, “pdf” fayl formatında yükləyərək təsdiqləməlidirlər. Yalnız ərizəsini (müraciət vərəqini) təsdiq etmiş namizədlərin müraciətlərinə baxılacaq. 

Vakant vəzifələrin tələblərinə uyğun gələn namizədlər test imtahanı mərhələsində iştirak etmək hüququ qazanacaq və namizədlərə imtahanın keçiriləcəyi yer və vaxt barədə bildiriş göndəriləcək. İmtahanda qiymətləndirmə qeyd edilən elektron portalda yerləşdirilmiş ədəbiyyat siyahısına əsasən tərtib edilmiş 100 test tapşırığından ibarət olacaq. İmtahan nəticələri barədə məlumatlar da e-sosial.az saytında yerləşdiriləcək. 

Test imtahanını müvəffəqiyyətlə verən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Onlara müsahibənin keçiriləcəyi yer və vaxt barədə bildiriş göndəriləcək, həmçinin DSMF-nin sosial şəbəkə hesablarında və kütləvi informasiya vasitələrində də bu barədə məlumat veriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Azərbaycanda dövlət notbukları və mebelləri ucuz qiymətə satışa çıxarılır

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı