Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
ABŞ kəşfiyyatı Rusiyanın daha bir münaqişədə iştirakını etiraf edib
Ukrayna Silahlı Qüvvələri Tokmaka Excalibur mərmisi ilə zərbə endirib, yaralılar var
Ukrayna lombardlara termal kamera və dronların satışını qadağan edib
Rusiya səfiri Almaniya hakimiyyətinin Ukraynaya silah ötürmək qərarını səhv adlandırıb
BÜTÜN XƏBƏRLƏR
46180
az

TƏCİLİ ELAN! Yaşı 30-a qədər olan kişilərin diqqətinə!

20:0609 Yanvar, 2021
5868
ELANLAR
  • A

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib.

Nazirlikdən Oxu24.com-a  bildirilib ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər yanvarın 11-dən 30-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap variantı 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 1 nüsxədə;
- doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti - 1 nüsxədə;
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 1 nüsxədə;
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 1 nüsxədə;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - 1 nüsxədə;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 1 nüsxədə;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
- hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) - 1 nüsxədə;

Müraciət etmə yeri: Birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyaları.

Müraciət etmə vaxtı: 2021-ci il yanvarın 11-dən 30-dək, hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələrini xahiş edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi