Pandemiya dövründə biznesi itirməmək üçün çıxış yolu – TƏTBİQDİR.
Daha dəqiq desək, biznesinizi tətbiq üzərində qurmağın vacibliyi – pandemiya dövründə internet trendlər
COVİD-19 və ümumi izolyasiya səbəbindən biznesiniz çıxılmaz vəziyyətdədirsə, həyatın yeni qaydalarına uyğunlaşmağınız məcburiyyətdir.
Bəzilərini lokdaun tamamilə bağlanmağa məcbur edib, digərlərinə isə yeni imkanlar yaradıb. Sahibkarlar işçiləri onlayn işə cəlb edib, tədris müəssələri distant təhsilə keçid edib, oflayn tədbirlər internet məkanda cərəyan edir.
Koronavirus bazar iştirakçılarını yeni formatda əlaqələr qurmağa sövq edir
Pandemiya şəraitində onlayn məkana keçməyən 3 şirkətdən 2-sini müflisləşmə gözləyir. Eyni zamanda 2020-ci ilin martından Azərbaycanda onlayn satışlar rekord 10.9% çatıb. Son 6 ayda əhali kosmetika, texnika, geyim, qida məhsulları və s. onlayn sifariş edirlər. Onlayn təhsilə tələb 98% artıb. İstehlakçıların 50% ilk dəfə onlayın alış-veriş edib, hətta yemək sifariş ediblər.
Oflayın satışların 80-90% azalması, yay aylarına qədər ayaqda qalan şirkətləri belə müflisləşdirib.
Biznesi xilas etmək üçün nə etmək olar?
Bütün dünyanın iflic olduğu vəziyyətdə sahibkarların əksəriyyəti çıxış yolunu gözləməkdə görür. Lakin artıq bəllidir ki, bu hal getdikcə uzana bilər və gözləmə öz aktuallığını itirir. Mövcud reallıqda cəld və ağlabatan qərarlar verərək hərəkət etmək lazımdır. Əlbətdə bu vaxt və xərc tələb edir. Biznes modellərə nəzər salıb onları mobilləşdirmək və onlayn-kanallar qurmaq lazımdır. Bu vəziyyətdə biznesdə risk etmək vacib şərtdir. Dünya dəyişib və bununla əlaqədar insanların tələbləri də fərqlidir – buna uyğunlaşmaq mütləqdir.
Onlayn alətlərə yatırım
Biznesin ayaqda qalması və ya müflis olması texnologiyalardan asılıdır. Yaranmış vəziyyətdə işi operativ şəkildə onlayn məkana keçirib, müştərilərlə əlaqəni saxlayanlar bizneslərini qoruyub saxlaya bilərlər.Məsələn, Panda school kimi. Layihə çərçivəsində anlaşılan və rahat interfeysə malik platforma işlənib-hazırlanmışdır. Bu müəllim və şagirdlərə əlavə vaxt sərf etmədən dərslərə qoşulmağa imkan verir.
İnternet-kanallardan istifadə etmək yoxsa gözləmək məqsədə uyğundur?
VOİD studianın qurucusu, tətbiqlərin yaradılması və biznesin avtomatlaşdırılması üzrə mütəxəssis Cavid Cəfərov deyir: “2020-ci il böhranı bir çoxlarına soyuq duş kimi təsir edib. Keçmiş illərin təcrübəsi göstərir ki, biznesi ancaq yaranmış vəziyyətə uyğunlaşanlar və yeni bazarın tələblərinə cavab verə bilənlər qoruyub saxlaya bilir. Pandemiya nəticəsində yaranan böhran biznes prosesləri avtomatlaşdırmağa, işçi xərclərini azaltmağa, müştərinin tələblərinə cavab verməyə, yeni seqmentləri aşkar edib, öyrənməyə təkan verir. Məsələn, daimi müştərisi olan kiçik kafe koronavirusun yayıldığı dövrdə ya bağlanmalı ya da bütün biznes-proseslərini dəyişdirməlidir. Bu halda bizim müştərimiz onlayn tətbiq vasitəsilə yerində xidmət əvəzinə onlayn sifarişlə evə və ofislərə çatdırılma xidməti təklif edərək nəinki biznesini qoruyub-saxlayıb, hətta müştərisini artırıb.”
Onlayna keçid – bahadır?
Keçən ilin yazından yaranan biznes böhranları, biznes-modelinin dəyişdirilməsini və texnologiyaların daha dəqiq seçilməsini tələb edir. Onlayn tətbiqlər özündə zamanın əsas problemlərinin həlli yollarını birləşdirir. Bu gün sahibkarlar düşünür ki, tətbiqlərin yaradılması çətin, xərc aparan və çox vaxt tələb edən prosesdir. Çıxış yolunu vəziyyətin stabilləşməsini gözləməkdə və əvvəlki iş rejiminə dönüşdə görür. Void studiyasının mütəxəssisləri düşünür ki, əvvəlki vəziyyətin qayıdacığı şübhə altındadır. Böhran - biznesi pauzaya qoymamalıdır. Bu vəziyyət biznesi genişləndirmək və onlayna keçid etmək üçün bir fürsətdir. Bəs, bu nə qədər xərc tələb edir. Tətbiqin yaradılmasının təqribi xərclərini hesablamaq üçün saytda //void.az/AZ/calc/ yerləşdirilmiş onlayn kalkulyatordan istisafə edə bilərsiniz. Xidmət ödənişsizdir və sizi heç bir müqavilə və öhdəliklərlə bağlamır.
Şəxsi görüşlərə ehtiyac varmı? Bu günkü texnalogiyalar pandemiya dövründə qadağan olunmuş ofis görüşlərindən azad edir. Butün suallarınız email vasitəsiylə və menecerlər tərəfindən cavablandırılır.
Nəticədə biznesiniz nə əldə edəcək?
• Yeni biznes modeli. Hətta COVİD-19 təhlükəsi sovuşduqdan sonra və müştəriləriniz oflayn rejimə qayıtdıqda sizin ən prespektivli onlayn satış istiqamətiniz olacaq. The State of Video Marketing-in təhlilinə əsaslanaraq marketoloqların 83%-i istehlakçılar üçün tətbiqlərin əhəmiyyətinin hər il artdığını əminliklə təsdiq edirlər. Bu statistika onu göstərir ki, hər il daha çox kompaniyalar bu onlayn alət vasitəsilə öz müştərisini artırır. Məhz buna görə də onu gecikmədən istifadə etmək məqsədə uyğundur.
• İşçi xərclərini azadılması.
• Tətbiq brendin tanınmasını 170% artırır, 500% müştərilərin rəğbətini qazanmağa kömək edir və əldə etmək istəyini 70% yüksəldir.
VOİD studianın qurucusu, tətbiqlərin yaradılması və biznesin avtomatlaşdırılması üzrə mütəxəssis Cavid Cəfərov əmindir ki, süni intelekt istehlakçının istəklərini və tələblərini təhlil edərək ona xüsusi kontent və fərdi istəklərə uyğun təkliflər edir. Tətbiq biznesin avtomatlaşdırılmasını təmin edir, bu da öz növbəsində xərcləri azaltmağa və qazancı artırmağa şərait yaradır. Bu dövrdə yalnız yeniliklərə açıq və qətiyyətli addımlar atan biznes uğur əldə edə bilər.
Oxu24.com
ŞƏRHLƏR