Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35419
az

ƏHALİNİN DİQQƏTİNƏ! Yayılan sms saxtadır  -  RƏSMİ

16:2114 İyul, 2020
2735
ELANLAR
  • A

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə əlaqədar sms göndərilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

SHXÇDX-dən Oxu24.com-a bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı SMS göndərilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsmi olaraq bildirir ki, cəmiyyətdə çaşqınlıq yarada biləcək belə məzmunlu məlumatlar həqiqətə uyğun deyildir".

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşları daha diqqətli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Azərbaycanda dövlət notbukları və mebelləri ucuz qiymətə satışa çıxarılır

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi