Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
23914
az

İşsizlərin diqqətinə! - İŞ VAR!

12:4004 Fevral, 2020
601
ELANLAR
  • A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti fevral ayında 12 şəhər və rayonda (Balakən, Göyçay, Lənkəran, Qəbələ, Şəki, Beyləqan, Gəncə-Nizami, Goranboy, Neftçala, Şamaxı, Tovuz, Sumqayıt) əmək yarmarkasının keçirilməsini planlaşdırır.

Nazirlikdən Oxu24.com- a verilən məlumata görə, əmək yarmarkalarında həmin bölgələrdəki idarə, müəssisə və təşkilatlarda olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Onlara peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı kurslarına cəlb olunacaq.

Yarmarkalar zamanı işsiz və işaxtaranların istəkləri əsasında onların ödənişli ictimai işlərə, müvafiq potensialları olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı da aparılacaq.

Qeyd edək ki, 2020-ci il üzrə əmək yarmarkalarının keçirilməsinə ötən aydan başlanıb. Bu il ərzində respublikamızın 58 şəhər və rayonunda 100 əmək yarmarkasının təşkili nəzərdə tutulur. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Azərbaycanda dövlət notbukları və mebelləri ucuz qiymətə satışa çıxarılır

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb