Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112839
az

Zəngilanda işləməki üçün işçilər axtarır - MAAŞLAR - 2000-2500-3000-3500-4000 MANAT

14:1823 İyun, 2024
378
ELANLAR
  • A

6-cı Mərtəbə

İş icraçısı
Son tarix 22 iyl 2024 -  [email protected]
Əsas vəzifələri:
Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsini, işlərin yerinə yetirilməsini və bitmiş obyektlərin texniki nəzarəti;
Tikinti və istismar planlarını, tikinti, quraşdırma və təmir planlarını, tikinti materiallarını, məhsul dizaynlarını, təsdiq edilmiş dizayn və sənədləri, iş təsvirləri və spesifikasiyaları standartlara və əməyin mühafizəsi normalarına uyğun həyata keçirmək;
Tikinti müddətinin uzadılmasının səbəblərini və tikinti-quraşdırma işlərinin keyfiyyətinin pisləşməsinin səbəblərini tapmaq, onların qarşısını almaq və aradan qaldırmaq üçün tədbirlər görmək;
Tikinti-quraşdırma işçilərinin işinə nəzarət etmək, istehsal planlarını tikinti planlarına uyğun olaraq komandaya və ayrı-ayrı işçilərə paylamaq, işin müddətinə və keyfiyyətinə nəzarət etmək;
İşçilərin istehsalat və peşə intizamına, əməyin mühafizəsi, təhlükəsizlik və yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunu izləmək;
Tələb olunur:
Təhsil: İnşaat Mühəndisliyi üzrə müvafiq universitet dərəcəsi;
Təcrübə: Müvafiq təcrübə minimum 2 (iki) il. Normativ sənədlərin tətbiqində istifadə təcrübəsi. Tikinti layihələrində iş təcrübəsi üstünlükdür;
Bacarıqlar: İnşaat və mühəndislik planlarını və detallarını oxumaq və tam olaraq anlamaq; 
Əmək şəraitinin şərtləri:
Ünvan: Zəngilan rayonu
İş şəraiti : 6 günlük iş rejimi
Əmək haqqı : 2000 – 2500, ilkin olaraq 2000 AZN-dən başlayaraq müsahibə əsasında müəyyən olunacaq.
 

Keyfiyyətə nəzarət üzrə mütəxəssis
 Son tarix 22 iyl 2024 -  [email protected]

Öhdəliklər:
Yoxlama Test Planı (İTP) , yoxlama bildirişi(NFİ) , işlərin icra metodu(MS), uyğunsuzluq hesabatı(NCR), texniki sorğular, materialın təsdiqi sorğusu (MAR) və digər müxtəlif layihə müqavilələri kimi bütün keyfiyyət sənədlərini hazırlanması, sifarişçiyə təstiq üşün təqdim edilməsi.
Hər disciplin üçün Reyestrinin hazırlanması , paylanması və onun yenilənməsi.
Subpodratçıların Keyfiyyətə Nəzarət sənədlərinin hazirlanması və sifarişçiyə təstiq üçün təqdim edilməsi.
Sifaşçinin keyfiyyət sisteminin iclaslarında, auditlərində iştirak etmək və ətraflı audit hesabatlarının hazırlanması.
Qundəlik və Həftəlik Keyfiyyətə Nəzarət hesabatlarınin hazirlanması və sifarişçiyə təqdim edilməsi.
Gündəlik Yoxlama bildirişlərinin düzgün sıralama nömrəsi ilə hazirlanması, sifarişçiyə təstiq üçün təqdim edilməsi.
Uyğunsuzluqların aradan qaldırılması, baglanilması sifarişçiyə təstiq üçün təqdim edilməsi.
Texniki sənədlərini nəzərdən keçirilməsi və təsdiqlənməsi üçün təqdim edilməsi.
Keyfiyyətə nəzarət proseduralarının tətbiq edilməsi;
Keyfiyyət problemlərini vaxtında müəyyən etmək və həll etmək üçün istehsal və mühəndislik qrupları  və sifarişçi ilə əməkdaşlıq edilməsi.
Sınaq laboratoriyasında aşkar edilmiş uyğunsuzluqlarla bağlı açılmış düzəlişedici və qabaqlayıcı fəaliyyət hesabatlarının son vəziyyətlərini izləməli və edilən dəyişiklikləri yoxlanılmsı
Qeyd: KT/KN üzrə sertifikatların olması arzu olunandır.

Fərdi keyfiyyət göstəriciləri:
Diqqətlilik;
Keyfiyyət yönümlülük;
Məqsəd yönümlülük;
Araşdırma, təhlil, müqayisə və qərar vermək;
Əmək şəraitinin şərtləri:
Ünvan: Zəngilan rayonu
İş şəraiti: 6 günlük iş rejimi
Əmək haqqı: 2500 – 3000, ilkin olaraq 2500 AZN-dən başlayaraq müsahibə əsasında müəyyən olunacaq.
 

Sahə rəisi
 Son tarix 22 iyl 2024 - [email protected]

Vəzifə öhdəlikləri:
İş proqramına uyğun olaraq öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək;
Normativ sənədlərin hazırlanması (Gizli aktlar, beton işləri jurnalı və s.);
Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, layihə rəhbərinə bildirmək;
Göstərilən iş proqramına uyğun olaraq təfsilatlı iş proqramı hazırlamaq;
Günlük və aylıq məruzələri hazırlamaq, onlara nəzarət etmək;
Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlamaq və mühəndislik şöbəsinə göndərmək;
Bütün podrat işlərini və digər işləri həyata keçirmək və mühəndislik şöbəsinə göndərmək;
Tikinti sahəsində daşınma işlərini həyata keçirmək və layihə rəhbərinə bildirmək;
Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq;
Görüləcək əsas iş elementlərinin iş metod və təlimatlarını hazırlamaq və təsdiqləmək;
İş təhlükəsizliyinin tənzimlənməsi və təlimatlarına uyğun olaraq işin görülməsinin təmin edilməsi;
Namizədə tələblər:
Təhsil - Ali təhsil (müvafiq sahədə);
5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi;
Kompyuter bilikləri - MS ofice, Word, Excell, AutoCad;
Dil bilikləri - Azərbaycan, Rus;
Komandanı idarə etmək bacarığı;
Əmək şəraitinin şərtləri:
Ünvan : Zəngilan rayonu
İş şəraiti : 6 günlük iş rejimi
Əmək haqqı : 3000 – 3500, ilkin olaraq 3000 AZN-dən başlayaraq müsahibə əsasında müəyyən olunacaq.
 

Layihə rəhbəri

Son tarix 22 iyl 2024 - [email protected]

Vəzifə öhdəlikləri:
Layihənin iş həcminin müəyyən edilməsi;
Layihədə vaxtın idarə edilməsinə nəzarət etmək;
Layihədə xərclərin idarə edilməsi sistemini təmin etmək;
Layihədə keyfiyyətin idarə edilməsinə nəzarət etmək;
Layihədə resursların idarə edilməsi tədbirlərini təmin etmək; 
Layihədə komunikasiyaları idarə etmək;
Layihədə risklərin idarə edilməsini təmin etmək;
Layihədə təchizatın idarə edilməsinə nəzarət etmək;
ƏM TT (Əməyin mühafizəsi və Təhlükəsizliyin Texnikası) üzrə qanunvericilik tələblərini layihə ilə bağlı risklərin idarə edilməsi strategiyasına daxil edir;
Müvafiq hüquqi və normativ standartları mütəmadi olaraq öyrənir, nəzərdən keçirir və onlara riayət edir;
Layihədə gözlənilməz halların və problemlərin həll edilməsini təşkil edir;
Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır;
Rəhbərlik tərəfindən verilən vəzifə funksiyasına müvafiq tapşırıqları yerinə yetirir.
Namizədə aid tələblər:
Təhsil: Ali təhsil (Sənaye və mülki tikinti ixtisası üzrə),
Kompüter bilikləri: MS Office proqramları, AutoCad
İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
Ünsiyyət və komandada işləmək bacarıqları;
İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Əmək şəraitinin şərtləri:
Ünvan: Zəngilan rayonu
İş şəraiti: 6 günlük iş rejimi
Əmək haqqı: 3000 – 4000, ilkin olaraq 3000 AZN-dən başlayaraq müsahibə əsasında müəyyən olunacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Baku Bus" işçi axtarır - MAAŞ 2450 MANAT
"Gilan Holding" işçi axtarır - MAAŞ 2500-3000 MANAT
Qarabağ Universitetində kafedra müdiri vəzifəsi üzrə vakansiyalar elan olunub