Maştağada dayıqızı-bibiqızı itkin düşdü - Foto
21 Aprel 2025, 18:29
Qaynar xətt:
(+99450) 247 90 86ELANLAR
3500
15.04.2024, 16:10
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir.
Oxu24.com-a bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.
2024-cü ilin çimərlik mövsümü ərzində vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
• şəxsiyyət vəsiqəsi;
• əmək kitabçası (olanlar üçün);
• tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənəd;
• sağlamlıq haqqında arayış (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən);
• 3x4 ölçüdə qırmızı fonda 2 ədəd fotoşəkil.
Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.
Sənədlər 2024-cü il aprel ayının 15-dən etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir.
Əlaqə telefonları: (012) 512-17-24, (012) 512-17-26.
Bundan başqa, Baş Prokurorluq prokurorluq orqanlarında işə qəbulla bağlı müsabiqə elan edib.
Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 50 ştat vahidi üzrə növbəti müsabiqə elan edilib.
Qeyd olunub ki, prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir.
Həmçinin oxuyun
Məlumata görə, müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyən namizədlərin ali hüquq təhsili Azərbaycan ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır.
Sənədlərin qəbulu üçün prosedurlar tam sadələşdirilməklə, elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Bunun üçün namizəd aşağıdakı ardıcıllıqla qeyd olunan hərəkətləri yerinə yetirməlidir:
1. Əvvəlcə yuxarıda qeyd olunan həmin internet səhifəsinə daxil olaraq müvafiq qaydada qeydiyyatdan keçməli;
2. Qeydiyyatdan keçdikdən sonra təqdim olunan bölmələrə (“Əsas göstəricilər”, “Təhsil”, “Biliklər”, “Məhkumluq”, “Hərbi xidmət”, “Qohumlar”, “Əmək fəaliyyəti”, “Sənədlər”, “Əlaqə”) ardıcıllıqla daxil olub tələb olunan zəruri məlumatları tam və dəqiq doldurmalı (bu zaman qohumların əmək fəaliyyəti ilə bağlı məlumatlar “.” (nöqtə) işarəsi qoyulmadan bitmiş fikir (cümlə) formasında göstərilməlidir);
3. Bundan sonra həmin səhifədə yerləşdirilmiş sənədlərin (ərizə, kadrlar uçotunun şəxsi vərəqəsi və tərcümeyi-hal) blanklarını yükləyib içərisini kompüter vasitəsilə tam və dəqiq dolduraraq sonra da onları çap edib imzalamalı;
4. Daha sonra imzalanmış həmin sənədləri, həmçinin şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomu (xarici dövlətdə təhsil almış namizədlər həmçinin diplomunun Azərbaycan Respublikası ərazisində tanınması barədə şəhadətnaməni) və diploma əlavəni “PDF” faylı formasında skan edilmiş vəziyyətdə 1 ədəd jpg formatda 4x6 sm ölçüdə ağ fonda rəngli fotoşəkillə birgə qeyd edilən internet səhifəsindəki həmin sənədlərin adlarına uyğun müvafiq bölmələrə yükləməklə müraciətini təsdiq etməlidir.
Nəzərə almaq lazımdır ki, məlumatları yalnız bir dəfə təsdiq etməklə müraciət edilməsi mümkündür və ona görə də bütün məlumatların təsdiqdən əvvəl diqqətlə tərtib olunması zəruridir.
Sənədlərin qəbulu barədə elektron poçt ünvanı vasitəsilə müraciət edən şəxslərə məlumat veriləcəkdir.
Test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplayan namizədlər yazılı imtahana buraxılacaqdır.
"İkili vətəndaşlığı olan şəxslər, digər dövlətlər qarşısında öhdəlikləri olanlar, din xadimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər, alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda), əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər, əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar işə qəbul edilmirlər", - məlumatda bildirilir.
Küçədə qadına söz atan məmuru bu hala saldılar (18+VİDEO)
17:17 / 22 Aprel 2025
Netanyahu Təhlükəsizlik Şurasını toplayır
1
17:15 / 22 Aprel 2025
Rusiyalı hakerlər Hollandiyaya hücum ediblər
1
16:56 / 22 Aprel 2025
Kəmaləddin Heydərov ona yüksək vəzifə verdi
139
16:54 / 22 Aprel 2025
Sosial şəbəkədə saxta kredit elanı verərək kartları talayan şəxs saxlanılıb
11
16:52 / 22 Aprel 2025
Avropa Ukrayna münaqişəsində Rusiyanı dinləməyə çağırır
14
16:37 / 22 Aprel 2025
ABŞ Hindistana F-35 təklif edir
15
16:35 / 22 Aprel 2025
Azad olunmuş ərazilərə qayıdan sakinlərə çıxarışların verilməməsi məsələsinə aydınlıq gətirilib
20
16:17 / 22 Aprel 2025
Prezident İlham Əliyev bu ölkəyə səfərə getdi
353
16:08 / 22 Aprel 2025
Baş prokuror Sabunçuda vətəndaşları qəbul edib
18
15:42 / 22 Aprel 2025
TƏCİLİ! İdarə rəisi həbs edildi
890
15:31 / 22 Aprel 2025
Ekspertizanın rəyi çıxdı : Ceyhunun ölümü ilə bağlı şok detallar
307
15:22 / 22 Aprel 2025
Suriya hakimiyyəti ABŞ-ın xəbərdarlığına cavab verib
33
15:08 / 22 Aprel 2025
İnstagramda "Fatimə" ilə tanış olub evə getdilər — Başlarına bu oyun gəldi
135
15:06 / 22 Aprel 2025
Kapital Bank Özbəkistanın ən böyük İT ekosistemi ilə tərəfdaş olub
40
14:48 / 22 Aprel 2025
Şantaja görə tutulan şəxslərin şok əməlləri üzə çıxdı — FOTO
583
14:34 / 22 Aprel 2025
Pələng kişini parçaladı
51
14:29 / 22 Aprel 2025
Çin kosmosa yeni ekipaj missiyası göndərəcək
43
14:27 / 22 Aprel 2025
Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin 140-dan çox rayonda cəmləşdiyi ərazilərə zərbələr endirib
44
14:00 / 22 Aprel 2025
Çaydan tapılan kitabların və əlyazmaların müəllifi tapıldı - FOTO
70
13:59 / 22 Aprel 2025
Avropa ABŞ üçün Ukrayna ilə bağlı qırmızı xətlər çəkir
50
13:57 / 22 Aprel 2025
Ruben Vardanyanın məhkəməsində mina partlayışı zamanı xəsarət almış şəxslər ifadə verirlər
83
13:44 / 22 Aprel 2025
Suriyanın yeni hakimiyyət orqanları İslami Cihad liderlərini həbs edib
108
13:44 / 22 Aprel 2025
Fransanın xarici işlər naziri Putinin Trampı razı salmaq cəhdi haqqında danışıb
52
13:42 / 22 Aprel 2025
Sumqayıtda parkda meyit tapılıb
58
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.