Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104361
az

Dövlət qurumu işçilər axtarır - MAAŞ 1200-1500-2000-2500 MANAT 

13:0614 Mart, 2024
752
ELANLAR
  • A

Dövlət qurumu

Satınalma üzrə Aparıcı mütəxəssis
 Son tarix 13 apr 2024 - [email protected]

Maaş: 1200-1500 AZN
İş qrafiki: həftədə 5 gün, 09:00-18:00

Vəzifə funksiyaları:
İllik satınalma planının hazırlanmasını və qanunda müəyyən edilmiş müddət ərzində dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsini təmin etmək;
Tender komissiyasının işini təşkil etmək, iddiaçı şirkətlərin nümayəndələrinin iclaslarda iştirakı ilə bağlı zəruri tədbirlərin görülməsini və onlardan daxil olan sorğuların cavablandırılmasını təmin etmək;
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etmək;
Bazarın təhlili, tələb olunan malların yerli və xarici bazarlarda araşdırılması;
Müəssisədə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatları hazırlamaq və s.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Satınalma üzrə Aparıcı mütəxəssis yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.

 

Satınalmanın planlanması, analizi və hesabat üzrə mütəxəssis (Dövlət Satınalmaları)
 Son tarix 14 mar 2024 [email protected]

Əmək funksiyası:
"Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu"-nun tələblərinə uyğun olaraq satınalma sənədlərinin hazırlanması;
Satınalma prossesini mövcud qanunvericilik və qaydalara müvafiq ən əlverişli şərtlərlə icra etmək
Dövlət satınalmalarını təşkil etmək üçün normativ hüquqi aktların tələblərinə riayət etmək
Sifarişlər üzrə texniki parametrlər və standartların hazırlanması prosesini təşkil etmək
Təchizat sifarişlərinin idarə edilməsi (Tələbin yaranmasından ödənişədək olan prosesin idarə edilməsi)
Yerli və xarici bazarın təhlili, tələb olunan araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili
Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin idarə olunması, keçirilmiş satınalma müsabiqəsinin nəticəsini rəsmiləşdirmək;
Müqavilə şərtlərinin müəyyən olunması, hazırlanması və nəzarətdə saxlanılması
Müqavilələr üzrə tədarükçü KPİ-ların hazırlanması, tədarükçü fəaliyyətinin qiymətləndirilməsi 
Qurumun struktur bölmələrinin saxlanması və fəaliyyəti, habelə maddi-texniki təminatı üçün ayrılmış vəsaitin təyinatı üzrə səmərəli istifadə edilməsi məqsədlə rəhbərliyə təkliflər vermək;
Qanunvericiliyə uyğun olaraq kommersiya sirrinin və xidməti məlumatların qorunmasını təmin etmək;
Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqları yerinə yetirmək
Vəzifə tələbləri:
Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
Təhsil ixtisası: İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması arzu olunandır.
İş təcrübəsi (minimum): İstehsalat sahəsində minumum 3 illik iş təcrübəsi. Dövlət Satınalmaları təcrübəsinin olması arzuolunandır.
Dil bilikləri: Azərbaycan dili, Rus dili, Ingilis dili. 
Kompüter bilikləri: Yaxşı səviyyədə Microsoft office, SQL, Power BI, proqramlarını bilməli. 1C üzrə iş təcrübəsi arzu olunandır.
Digər zəruri tələblər
Satınalma prosesinə dair sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə beynəlxalq standart və normaları bilməli;
Xarici və yerli tədarükçülərlə satınalma və ondan irəli gələn danışıqların aparılması üçün yüksək ünsiyyət qabiliyyəti;
Vəzifənin tələb etdiyi səriştəliliklər:
Analitik düşünmə
Problem analiz etmə
Detallara diqqət
Nizam-intizam
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Satınalma mütəxəssisi (Dövlət Satınalmaları)” qeyd etməyiniz xahiş olunur.

 

Satınalma şöbəsinin müdiri
 Son tarix 13 apr 2024 [email protected]

Maaş: 2000-2500 AZN (NET)
İş qrafiki: həftədə 5 gün, 09:00-18:00

Vəzifə funksiyaları:
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsini təşkil etmək;
Təşkilat üçün malların (işlərin, xidmətlərin) satınalınması ilə bağlı aidiyyəti strukturlarla birgə qanunvericiliklə nəzərdə tutulmuş işləri təşkil etmək və tənzimlənməsini həyata keçirmək və standartlara uyğunluğuna nəzarət etmək;
İllik satınalma planının hazırlanmasını və qanunda müəyyən edilmiş müddət ərzində dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsini təşkil etmək;
Tender komissiyasının işini təşkil etmək, iddiaçı şirkətlərin nümayəndələrinin iclaslarda iştirakı ilə bağlı zəruri tədbirlərin görülməsini və onlardan daxil olan sorğuların cavablandırılmasını təmin etmək;
Birliyin balansında (istifadəsində) olan nəqliyyat vasitələrinin satın alınması, istismarı, texniki baxışı, təmiri, ehtiyat hissələrinin alışı və quraşdırılmasına nəzarət etmək; 
Təşkilatın rəhbərliyinin keçirdiyi müşavirələrin, iclasların, görüşlərin və digər bu kimi tədbirlərin maddi təminatı ilə bağlı tədbirlər görmək;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Tender üzrə mütəxəssis yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İşçi tələb olunur: Maaş 1800 AZN + BONUS

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü