Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101847
az

Emin Ağalarovun şirkəti işçilər axtarır - MAAŞ 2500-3000 MANAT 

22:0928 Yanvar, 2024
1190
ELANLAR
  • A

Sea Breeze Construction

Layihəçi konstruktor
 Son tarix 26 fev 2024 [email protected]
Əmək haqqı: 2000-2500 AZN. 

Vəzifə öhdəlikləri:
Qəbul olunmuş texniki tapşırıqlar əsasında konstruktiv işçi layihələrin tərtib edilməsi və layihə hesabatlarının (Lira, Sap 2000) hazırlanması;
Tərtib edilmiş layihələrin dövlət ekspertizasında müdafiə edilməsi, layihələndirilən obyektlərin tikintisinə texniki nəzarətinin təmin edilməsi;
İşləri, hazırlanacaq konstruksiyaları texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini, eləcə də onların standartlaşmış vahid şəkilə salınmış hissə və yığım vahidlərindən istifadəsinin təmin edilməsi;
Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin edilməsi.
Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir;
İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tərtib edir;
Tikinti işlərinə müəllif nəzarətinin həyata keçirilməsə nəzarət edir;
Konstruktiv işçi layihəni sifarişə əsasən və AR-da qüvvədə olan inşaat norma və qaydalarına riayət etməklə aparılmasıgigienik sanitar normalar, yanğın normaları, təxliyyə planını nəzərə alınması.
Namizədə tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə 3 il təcrübə;
Microsoft Office proqramlarında işləmək bacarığı;
İşində ciddi, diqqətli və məsuliyyətli;
İş yeri:
Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı:  I-V günlər, 09:00-18:00.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər:

 

Smetaçı-Mühəndis
 Son tarix 26 fev 2024 [email protected]

Əmək haqqı: 2000-2500 AZN

Vəzifə öhdəlikləri:
Maliyyə-smeta sənədlərini hazırlayır;
Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə  aktlar hazırlayır;
Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
Smeta qiymətləri haqqında arayışlar tərtib edir;
Namizədə tələblər:
Texniki sahədə ali təhsil;
Sahə üzrə minimum 3 il iş təcrübəsi;
MS Office,  AutoCAD bilikləri;
Rus dili biliyi önəmlidir.
İş yeri:
Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı:  I-VI günlər 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər:

 

 

Tikinti işləri üzrə Sahə Rəisi

Son tarix 26 fev 2024 [email protected]

Əmək haqqı: 2500-3000 AZN

Vəzifə öhdəlikləri:
İş proqramına uyğun olaraq öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək;
Normativ sənədlərin hazırlanması (Gizli aktlar, beton işləri jurnalı və s.);
Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək, layihə rəhbərinə bildirmək;
Göstərilən iş proqramına uyğun olaraq təfsilatlı iş proqramı hazırlamaq;
Günlük və aylıq məruzələri hazırlamaq, onlara nəzarət etmək;
Xərclər barədə məlumatları tam şəkildə müəyyən olunan formalarda saxlamaq və mühəndislik şöbəsinə göndərmək;
Bütün podrat işlərini və digər işləri həyata keçirmək və mühəndislik şöbəsinə göndərmək;
Tikinti sahəsində daşınma işlərini həyata keçirmək və layihə rəhbərinə bildirmək;
Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq;
Görüləcək əsas iş elementlərinin iş metod və təlimatlarını hazırlamaq və təsdiqləmək;
İş təhlükəsizliyinin tənzimlənməsi və təlimatlarına uyğun olaraq işin görülməsinin təmin edilməsi;
Namizədə tələblər:
Təhsil - Ali təhsil (müvafiq sahədə);
5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi;
Kompyuter bilikləri - MS ofice, Word, Excell, AutoCad;
Dil bilikləri - Azərbaycan, Rus;
Komandanı idarə etmək bacarığı;
İş yeri:
Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı:  I-VI günlər 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər.

 

Planlama mühəndisi
 Son tarix 26 fev 2024  [email protected]

Əmək haqqı: 2000 AZN.

Vəzifə öhdəlikləri:
Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
Subpodratçıların apardığı işlərin plan qeydiyyatını və plan üzrə işlərin görülməsinə nəzarət etmək;
Namizədə tələblər:
Müvafiq sahədə ali təhsil;
Sahə üzrə minimum 3 il iş təcrübəsi;
MS Office bilikləri;
İş yeri:
Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı:  I-VI günlər 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər:

 

Təmir-tikinti işləri üzrə Sahə Mühəndisi
 Son tarix 26 fev 2024 [email protected]

Vəzifə öhdəlikləri:
İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
Təmir-tikinti işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
Təmir-tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
Təmir-tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
 İşçi briqadalarının iş bölgülərini təyin etmək, onların istehsalat tapşırıqlarını vermək;
İşlərə mühəndislik baxımından rəhbərlik etmək.
Namizədə tələblər:
Təhsil - Ali təhsil (müvafiq sahədə)
5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi
Kompyuter bilikləri - MS office, Word, Excell, AutoCad 
Dil bilikləri - Azərbaycan, Rus
Komandada işləmək bacarığı
İş yeri:
Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı:  I-VI günlər 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şuşada işləmək üçün işçi axtarılır- VAKANSİYA
İşçi tələb olunur: Maaş 1800 AZN + BONUS

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü