Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99998
az

Akula yeniyetməyə hücum etdi

14:3528 Dekabr, 2023
249
DÜNYA
  • A

Cənubi Avstraliyada yeniyetmə köpək balığının hücumuna məruz qalıb.

 

Oxu24.com xarici mediaya istinadən  xəbər verir  ki,hadisə yerinə çağırılan təcili yardım xidmətlərinin operativ işləməsinə baxmayaraq, gənci xilas etmək mümkün olmayıb.

 

Hücum dekabrın 28-də günortadan sonra York yarımadasında baş verib.

 

"Polisə İnnes Milli Parkındakı Ethel çimərliyi yaxınlığında köpəkbalığı hücumu barədə məlumat daxil olub. Təəssüf ki, bir yeniyetmənin cəsədi sudan çıxarılıb", - polis bildirib.

 

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını açıqlamayıb.

 

Bu, son günlər Avstraliyada yeniyetmələrə edilən ilk köpəkbalığı hücumu deyil.

 

Bir neçə gün əvvəl - dekabrın 25-də Yeni Cənubi Uels çimərliyində köpəkbalığı 16 yaşlı sörfçüyə hücum edib.

 

9News xəbər verir ki, yırtıcının dişləri yeniyetmənin bud arteriyasından cəmi bir neçə santimetr keçib - bu, oğlanın həyatını xilas edib.

"Dalğaların arasında üzürdüm ki, nəsə məni tutdu. Sağa baxıram və sudan çıxan üzgəc və köpək balığının leşini görürəm", - yeniyetmə deyib

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyasız sülh şansı azdır - Ərdoğan
Gürcüstanda leysan: ölən və itkin düşən var
EAEU sammitində bir sıra sənədlər təsdiqlənib

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR