Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99969
az

Putin Modini Rusiyaya səfərə dəvət edib

21:3727 Dekabr, 2023
162
DÜNYA
  • A

Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modini Rusiyaya səfərə dəvət edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu  barədə  RİA Novosti məlumat yayıb.

 

Putin Kremldə Hindistan Xarici İşlər Nazirliyinin rəhbəri Subrahmanyam Caişankar ilə görüşüb.

“Biz dostumuz cənab Baş nazir Modini Rusiyada görməkdən şad olarıq .Xahiş edirəm, ona ən xoş arzularımı çatdırın”, -   deyə  Putin deyib.

O əlavə edib ki, səfər zamanı bütün cari məsələləri müzakirə etmək, Rusiya-Hindistan münasibətlərinin inkişaf perspektivləri barədə danışmaq mümkün olacaq.

Prezidentin sözlərinə görə, o, başa düşür ki, gələn il Hindistanda daxili siyasi təqvim çətin və mürəkkəbdir. O, həmçinin Hindistandakı dostlarına uğurlar arzulayıb və ümidvar olduğunu bildirib ki, siyasi qüvvələrin hər hansı birləşməsi zamanı ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq əlaqələri qalacaq.

Bir müddət əvvəl baş nazirin müavini Aleksandr Novak bildirib ki, Çin və Hindistan neft və neft məhsullarının ixracında Rusiyanın əsas tərəfdaşlarına çevrilib. Onun sözlərinə görə, əgər əvvəllər Rusiya Federasiyası Hindistanı demək olar ki, enerji resursları ilə təmin etmirdisə, iki il ərzində bu ölkənin ixracatdakı payı 40%-ə yüksəlib.

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib
Makron bu xəbərdən şoka düşüb

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi